12 mart 2011 18:47
Kaxaber Sxadadze: Qarabağ bizə fərdi mübarizələrdə qalib gəldi
Bu gün Premyer Liqanın “altılıq” mərhələsinin ilk, bütövlükdə isə 23-cü turu çərçivəsində keçirilən “İnter” – “Qarabağ” görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, son ölkə çempionunun 2 cavabsız qolla məğlub olduğu qarşılaşmanı gürcü çalışdırıcı belə şərh edib:
“Qarabağ” bizi fərdi mübarizələrdə məğlub etdi. Bizim bəzi futbolçularımız rəqiblə mübarizədə uduzurdu. Bütövlükdə, biz seleksiya işləri üzərində pis işləmirik. “Qarabağ”la Quzanlı oynamaq lazımdısa, biz ora gedə bilərik. Dubaya deyirlərsə, lap ora da getməyə hazırıq”.
