12 mart 2011 19:09
“Final mərhələsinə qələbə ilə başlamaq çox vacib idi”
Bu gün Premyer Liqanın “altılıq” mərhələsinin ilk, bütövlükdə isə 23-cü turu çərçivəsində keçirilən “İnter” – “Qarabağ” görüşündən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, qonaq komandanın çalışdırıcısı son çempion üzərində qazanılan 2:0 hesablı qələbəni belə şərh edib:
“Bu, bizim üçün “altılığ”ın ilk və eyni zamanda ən mühüm oyunlarından biri idi. Uşaqlar yaxşı oynadılar. Meydanın hər qarışı uğrunda vuruşdular. Final mərhələsinə qələbə ilə başlamaq çox vacib idi. Bu qələbələrimizin davamını gətirməliyik”.
