12 mart 2011 18:24
Ramiz Məmmədov Qazaxıstanda ilk qələbəsini qazandı (YENİLƏNİB)
Bu gün Qazaxıstan Superliqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bütün oyunların eyni gündə keçirildiyi tura məhz həmyerlilərimizin çalışdığı “Atırau”nun oyunuyla yekun vurulub.
Belə ki, Ramiz Məmmədovun çalışdırdığı bu komanda doğma meydanda “Şaxtyor”la münasibətlərinə aydınlıq gətirib. Qeyd edək ki, bu komanda ilk turda “Kaysar” üzərində 2 cavabsız qolla qələbə qazanmışdı. Həmyerlilərimizin komandası isə səfərdə “Aktobe”yə eyni hesabla uduzmuşdu. Odu ki, Məmmədovun komandası doğma azarkeşlərin gözü qarşısında keçirilən ilk oyunda qələbə qazanmaq istəyirdi. Fasiləyə qolsuz yollanan tərəflər susqunluğu ikinci hissədə poza bilib. Məmmədovun yetirmələri iki cavabsız qol vuraraq, çempionatda ilk qələbələrini rəsmiləşdiriblər.
Qazaxıstan çempionatı
2-ci tur
12 mart
Atırau - Şaxtyor - 2:0 (0:0)
Qollar: Travin, 55, Leon, 71.
