12 mart 2011 11:52

Xaqani Məmmədov: Beş klub rəsmisi tanıyıram ki, məhz bu yolu seçiblər

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov azerisport.az saytına müsahibəsində son dövrlər hakimlərlə bağlı artan ittihamları cavablamağa çalışıb.
 
- Hələ mövsümün əvvəlindən başlayaraq hiss olunurdu ki, hakimlərin ətrafında müxtəlif söhbətlər var. Hələ “altılıq” oyunları başlamamış, referilərə kifayət qədər ittihamlar ünvanlanır...
- Bu, ilk belə il deyil ki, hakimlərlə bağlı bu qədər şikayətlər, ittihamlar səslənir. Vacib oyunlar ərəfəsində müxtəlif ağızlardan o qədər sözlər eşidilir ki... Bəzən bütün bunlar hətta futbolun özünü də kölgədə qoyur.
 
- HK sədrinin mövqeyi maraqlıdı: olar ki, hər turdan sonra mətbuatla görüş keçirəsiz?
- Niyə də yox? Hakimliklə bağlı bəzi oyunlardan sonra çox artıq söhbətlər dolaşır. Referiləri olmayan şeylərə görə də günahlandırırlar. Mən özüm telekanallardan birində bütün mübahisəli məqamlarla bağlı fikirlərimi bildirirəm. Ancaq lazımdısa, biz hər turdan sonra mətbuat üçün brifinq keçirməyə də hazırıq. Hansı ki, bütün mübahisəli görüşlər və məqamlarla bağlı müzakirələr apara bilərik.
 
- İttihamlara maraqlı cavab metodudu...
- Bizi adətən oyun bitən kimi, isti-isti ittiham edirlər. Amma biz soyuq başla, bir gün sonra cavab verəcəyik. Bütün mübahisəli məqamlara jurnalistlərlə birgə baxacağıq və cavabımızı da verəcəyik.
 
- Son 9 gündə “Neftçi” və “Xəzər Lənkəran” arasında iki oyun keçirildi ki, hakimlərlə bağlı kifayət qədər ittihamlara səbəb oldu. Belə olacağını gözləyirdiz?
- Hiss edirdim ki, mübahisəli məqamlar olacaq. Amma düzgün olmayan, artıq söhbətlərin baş verməyəcəyinə ümid bəsləyirdim. Ancaq bu oyunlarla bağlı artıq söhbətlər çox oldu. Məsələn, XL rəhbərliyi və məşqçilər hamını inandırmağa çalışır ki, Mirça Redniki papağını yerə atdığı üçün meydandan qovublar. Amma əslində Redniki meydandan söyüş söydüyünə görə qovublar. Özü də söyüşləri rumın dilində də yox, ingilis dilində söyləyib. Bəs o bunu hansı əsaslarla edirdi? Hələ hakim onun yanında olan digər XL rəsmisini də meydandan qovmalı idi. Hansı ki, meydana çıxıb onu itələyirdi.
 
- Yeri gəlmişkən, “Neftçi” rəsmiləri bildiriblər ki, Rednik cəzalı olsa da, cavab görüşündə ehtiyat oyunçular skamyasına yaxın olub...
- Yox, Rednik tribunada əyləşib. Cavab görüşündə hər şey qaydasında olub.
 
- Bəs XL-da əllə oynayan Adrian Pitin meydandan qovulmaması haqda nə deyə bilərsiz?
- Bəli, Pit meydandan çıxarılmalıydı. O, həqiqətən əllə oynamışdı. Ancaq hakim onu meydandan qovmadı.
 
- Olar ki, “altılıq” ərəfəsində hakimlərlə bu problemlərə hazırlıq, onların aradan qaldırılması yönündə görüşlər keçirəsiz?
- Biz artıq ilk görüşümüzü keçirmişik. Növbəti turdan etibarən isə yenə ötən ilki metodumuzdan yararlanmağa başlayacağıq. Onda hakimlərlə bağlı problem demək olar ki, olmayacaq.
 
- Yenə hakimləri otellərdə gizlədəcsiz?
- Bu sözü jrunalistlər fikirləşiblər. Amma biz belə düşünürük ki, belə olan halda hakimlər sadəcə problemlərdən uzaq olacaqlar və qarşıdan gələn oyunlar ərəfəsində başqa heç nə eşitməyəcəklər.
 
- Bəs xarici hakimlərin gətirilməsinə necə baxırsız?
- Onlar Azərbaycan futbolunda olmayacaq. Fikrimcə, hamı bunu başa düşməlidi ki, ən yaxşısı öz hakimlərimizə güvənək. Əgər kənardan hakim gətirsək, UEFA da bizə az hörmət etmiş olar.
 
- Hakimləri sadəcə klub rəsmiləri yox, həm də azarkeşləri ittiham edirlər. Onların fikrincə, yığma üzvü olan, ulduz futbolçulara bəzən güzəşt edilir...
- Bu belədi. Həqiqədən hakimlər əsas yığma üzvlərinə qarşı bir qədər yumşaq davranırlar. Məsələn, Kamran Ağayevə çox ehtiyatlı yanaşırlar. Son dörd oyunun hamısında onu meydandan qovmaq olardı. Lakin hakimlər yığma üzvü olduğuna görə onu qırmızı vərəqə gəstərmirlər, yığmanı fikirləşirlər.
 
- Sizcə, hakimlərlə bağlı niyə bu qədər təzyiq var? Yəni həqiqətən səhvlər çoxdu? Ya başqa səbəb var?
- Mənim fikrimcə, bu, çox sadə bir məqamdı. Hansı klublar ki, mövsüm öncəsi prezident qarşısında qızıl medal qazanmağa söz veriblər və indi bu yolda çətinliklərlə üzləşirlər, onlar üçün ən sadə çıxış yolu referiləri ittiham etməkdi. Bu, vəziyyətdən ən asan çıxış yoludu.
 
- Olar ki, ad çəkəsiz?
- İndi yox, sonra adla deyərəm. 5 klub rəsmisi tanıyıram ki, məhz bu yolu seçiblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.