12 mart 2011 17:00
Sadıqovlu, amma Mahirsiz start xal itkisi ilə yekunlaşdı (YENİLƏNİB)
Bu gün Rusiya Premyer Liqasının yeni mövsümünə start verilib. Azerisport.az xəbər verir ki, mövsümün açılış turunun ilk oyununda həmyerlilərimizin komandası “Anji” doğma meydanda “Krasnodar”la qarşılaşıb.
Debütantla oyun həmyerlilərimizdən bəziləri üçün əlamətdar olub. Məsələn, millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqov ilk dəfə Rusiya çempionatında məşqçi kimi debüt etdi. Eləcə də vaxtilə millimizin sabiq üzvlərindən olan Şamil Lahiyalov da bu gün köhnə-yeni klubunda start heyətində meydana çıxdı. Əvəzində ötən mövsüm Mahaçqala klubunun əsas heyət oyunçularından olan Mahir Şükürov kənarda qaldı. Baş məşqçi Hacı Hacıyev ona bu görüşdə şans verməyib.
Qarşılaşma isə qolsuz başa çatıb. Lahiyalov qol vura bilməsə də, sarı vərəqə almaqla "fərqlənə" bilib.
Rusiya Premyer Liqası
1-ci tur
12 mart
Anji – Krasnodar - 0:0
