12 mart 2011 00:14
Altılıq mərhələsinə start və ya 10 turluq marafon
Bu gün Azərbaycan Premyer Liqasında final – “altılıq” mərhələsinin oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, ilkin mərhələdə “altılıq”lara bölünən 12 klub indi qarşıdakı 10 tur ərzində cari mövsümün qaliblərini və elitadan gedəcək iki bəxtsizi müəyyənləşdirməyə çalışacaq.
İlk oyun günündə cəmi 2 qarşılaşma baş tutacaq. Final mərhələsi elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları “Simurq” və “Muğan” arasındakı duellə start götürmüş olacaq. Maraqlıdı ki, Salyan təmsilçisi həm ev, həm də səfər matçlarında bu rəqibinə eyni hesabla qalib gəlmişdi – 1:0. Lakin artıq ikiqat əhəmiyyətə malik final oyunlarında Qyoko Haciyevskili Zaqatala klubunun ən azı bu dəfəki ev matçında qələbə qazanması vacibdi. Əks halda “Simurq”un elitada qalmaq şansları daha da azalmış olacaq.
İlk oyun gününün digər matçı isə kifayət qədər prinsipial və vacib qarşılaşmadı. Hər halda ilk altılıqda yer alan və medallar uğrunda mübarizə aparan “Qarabağ”la “İnter” turnir cədvəlində də bir-birinə qonşudu. Çempionluq uğrunda mübarizə aparan tərəflər təsnifat mərhələsində hərəyə 1 qələbə qazanmışdı. Həm “bankirlər”, həm də ağdamlılar dogma meydanda minimal hesablı qələbəyə sevinmişdi. İndi isə qələbə qazanan tərəf, ikiqat üstünlüyə yiyələnmiş olacaq.
Yeri gəlmişkən qeyd edək ki, “Şəfa” stadionunda baş tutacaq qarşılaşma tərəflərin sayca 30-cu görüşü olacaq. Geridə qalan 29 görüşün 26-sı çempionat, 3-ü isə kubok çərçivəsində baş tutub. Həmin 26 oyunda “Qarabağ”ın minimal üstünlüyü var. Dekabrın 4-də Rauf Əliyevin vurduğu qolla gələn qələbə sayca 9-cu olub. 8 dəfə isə “bankirlər” 3 xalı bayram edib. Top fərqində də ağdamlılar rəqibi üstələyir. “Qarabağ” 25 qolun qarşılığında qapısında 18 top görüb. “İnter” üzərindəki son qələbə eyni zamanda “Qarabağ”ın qələbə seriyasının əsasını qoyub. Son 3 ayda baş tutan 7 görüşün hamısında qələbə qazanan Qurban Qurbanovun komandası yenidən “Şəfa” stadionunda “İnter”lə qarşılaşır və seriyasını davam etdirmək istəyir. Son çempion isə uğursuz gedişə son qoymaq üçün çalışacaq.
Hesabat turunun qalan 4 görüşü sabah təsadüf edəcək. Qərb derbisində “Turan” “Gəncə”ni qəbul edəcək. Elitada qalmaq üçün mübarizə aparan Tovuz klubu gəncəliləri mütləq məğlub yola salmalıdı. Hansı ki, təsnifat mərhələsində bu vəzifənin öhdəsindən layiqincə gələ bilmişdi. Maraq üçün xatırladaq ki, ilkin mərhələdə səfərdə “Gəncə” ilə heç-heçə (1:1) edən “Turan” dogma meydanda da 2:1 qalib gəlmişdi. İndi Naci Şensoyun komandası özünü daha rahat hiss edən “Gəncə” kimi, mövqeyini daha da yaxşılaşdırmaq üçün mütləq 3 xal qazanmalıdı.
İkinci altılığın lideri “Qəbələ” isə autsayder MOİK-in qonağı olacaq və rahat 3 xal qazanacağı şübhə doğurmur. Düzdü, təsnifat mərhələsində “hərbçilər” səfərdə keçirilən ilk görüşdə bu rəqibindən xal ala bilmişdi (0:0). Lakin həmin vaxt mövsümə yeni başlayan Toni Adamslı bölgə təmsilçisi sonradan özünə gəldi və ikinci dövrədə bakılıları 3 cavabsız qolla məğlub etdi. İlk altılıqdan kənar qalan “Qəbələ” yenə bu rəqibi üzərində rahat qələbə qazanmağa yaxındı.
Qalan iki qarşılaşma isə kifayət qədər prinsipial əhəmiyyətə malikdi. Çempionluq uğrunda mübarizə aparan lider “Neftçi” səfərdə son anda ilk altılığa düşə bilən “Bakı”nın, əsas izləyəcisi “Xəzər Lənkəran” isə cari mövsümə çox iddialı başlayan AZAL-ın qonağı olacaq. Liderlərin hər ikisi rəqibinin xal itkisinə ümid bəsləməklə, vəziyyətini yaxşılaşdırmağa çalışacaq. “Neftçi” izləyicisindən uzaqlaşmağa, XL isə zirvəni ələ keçirməyə ümid bəsləyir.
Lakin bu yolda ilk növbədə “Bakı”nın “Neftçi”ni büdrətməsi vacibdi. Təsnifat mərhələsində “zolaqlılar” liderə ilk oyunda 2 cavabsız qolla məğlub olmuşdusa, cavab görüşündə də bunun əvəzini çıxmağı bacarmışdı – 2:0. Aleksandr Starkovun son 4 oyunda ardıcıl uduzmayan, qol buraxmayan komandasının “ağ-qaralar”la bu görüşdə nəyə nail olacağı maraqla gözlənilir. Hansı ki, latviyalı mütəxəssis futbolumuzun flaqmanı ilə ilk dəfə üz-üzə gəlmiş olacaq. “Neftçi” isə XL-la kubokdakı uğursuz mübarizədən məğlub ayrıldıqdan sonra bütün fikrini çempionata yönəldib və güman ki, “Bakı”yla dueldə ancaq qələbəyə köklənib.
XL isə səfərdə AZAL-ın qonağıdı. Hansı ki, təsnifat mərhələsinin birinci dövrəsində rəqib meydanında minimal hesabla məğlub etdikləri bu rəqib üzərində dogma meydanda da 2:1 hesablı qələbə qazana bilmişdilər. Premyer Liqanın cari mövsümünə əla başlayan, lakin son turlarda elə də uğurlu çıxış edə bilməyən Nazim Süleymanovun bu uğursuz gedişə son qoymaq istəyir. Gəl ki, onların qarşısında “Neftçi” kimi iddialı klubu yolundan kənarlaşdıran “ağ-yaşıllar” var. Hansı ki, “Bakı” ilə oyunda “ağ-qaralar”ın xal itirməsinə ümid bəsləməklə, zirvəyə yüksəlmək istəyir. Belə olan halda Mirça Rednikin komandasının hansısa xal itkisini ağlına gətirmədiyi dəqiqdi.
Azərbaycan Premyer Liqası
23-cü tur
12 mart
Simurq - Muğan
Hakimlər: Ceyhun Haşımov, Rahil Ramazanov, Samir Hacıyev, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Əmir Zamanov.
Zaqatala. Şəhər stadionu. Saat 14:00.
İnter - Qarabağ
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Azər Əsgərov, Elnur Muradov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. “Şəfa” stadionu. Saat 16:00.
13 mart
Turan - Gəncə
Hakimlər: Anar Salmanov, Aydın Ələkbərov, Zeynal Zeynalov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Tovuz. Şəhər stadionu. Saat 14:00.
MOİK - Qəbələ
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Coşqun Həsənov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Orucəli Durmuşov.
“Bakı”nın təlim-məşq bazasının stadionu. Saat 14:00.
AZAL - Xəzər Lənkəran
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Yaşar Abbasov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Şəfa” stadionu. Saat 14:00.
Bakı - Neftçi
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Eldar Nağıbəyov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
Birinci altılıq
|
1
|
Neftçi
|
22
|
14
|
6
|
2
|
40-9
|
48
|
|
2
|
Xəzər L
|
22
|
14
|
5
|
3
|
28-12
|
47
|
|
3
|
Qarabağ
|
22
|
13
|
3
|
6
|
30-14
|
42
|
|
4
|
İnter
|
22
|
12
|
4
|
6
|
24-16
|
40
|
|
5
|
AZAL
|
22
|
9
|
9
|
4
|
27-16
|
36
|
|
6
|
Bakı
|
22
|
9
|
6
|
7
|
28-21
|
33
|
İkinci altılıq
|
1
|
Qəbələ
|
22
|
8
|
7
|
7
|
19-14
|
31
|
|
2
|
Muğan
|
22
|
7
|
6
|
9
|
14-23
|
27
|
|
3
|
Gəncə
|
22
|
5
|
9
|
8
|
23-27
|
24
|
|
4
|
Turan
|
22
|
3
|
6
|
13
|
17-35
|
15
|
|
5
|
Simurq
|
22
|
2
|
6
|
14
|
12-34
|
12
|
|
6
|
MOİK
|
22
|
1
|
3
|
18
|
6-47
|
6
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
10 - Georgi Adamiya (Qarabağ)
9 - Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL), Rauf Əliyev (Qarabağ)
