12 mart 2011 00:08
Bakı Neftçi ilə oyuna itkilərlə hazırlaşır
“Bakı” Premyer Liqanın final mərhələsinin ilk turunun “Neftçi” ilə oyununun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu derbiyə öz təlim-məşq bazasında hazırlaşır.
Fiziki təmrinlər və topla çalışmalar üzərində qurulan son məşqdə yalnız zədəli futbolçular Vadim Borets və Juninyo iştirak etməyib. Bəxtiyar Soltanov, Aqil Məmmədov, Nurlan Novruzov və Nicat Abdullayev da əvəzedici komandanın heyətinə göndərildilməsi səbəbindən məşqdə yer almayıblar.
Məşq ikitərəfli oyunla yekunlaşıb.
