12 mart 2011 00:26
“Bakıda yaşamaq və futbol oynamaq üçün hər bir şərait yaradılıb”
Qış fasiləsində “Bakı”nın heyətinə cəlb olunan ukraynalı futbolçu Ruslan Leviqa qarşıdan gələn “Neftçi” ilə oyun, uyğunlaşma dövrü və şəhərimiz haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, legioner futbolçu komandasının çıxışını belə dəyərləndirib:
“Komandamızın final mərhələsinə vəsiqə qazanması yerinə düşdü. İndi bütün diqqətlərimiz pley-of mərhələsinin oyunlarına yönəlib. Onu deyə bilərəm ki, “altılıq”da zəif rəqib yoxdu. Ona görə də bütün oyunlar önəmlidi.
“Neftçi” hazırda Premyer Liqanın lideridi. Bu komanda ilə oyun çətin olacaq. Oyuna ciddi hazırlaşırıq və meydana ancaq qələbə üçün çıxacağıq.
Komandada işlərim yaxşı gedir. Uşaqlarla münasibətlərim qaydasındadı və gündən-günə komandaya daha çox uyğunlaşıram.
“Bakı”çox gözəl şəhərdi. Bir həfdə əvvəl ailəmlə şəhəri gəzməyə çıxmışdıq. Şəhəri dolaşdıq, İçəri Şəhərdə, dənizkənarı milli parkda gəzdik. Bakı çox xoşumuza gəldi. Bakıda yaşamaq və futbol oynamaq üçün hər bir şərait yaradılıb. Gözəl baza və stadionlar tikilib.
Mən öz növbəmdə əlimdən gələni etməyə hazıram ki, həm etimadı doğruldum, həm də azarkeşlərimizi sevindirək”.
