13 mart 2011 16:15
Rednik: Mövsümdəki ən zəif oyunumuzu keçirdik
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın final mərhələsinin ilk, bütövlükdə isə 23-cü turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, liderin əsas izləyicisinin minimal hesabla uduzduğu qarşılaşmadan sonra rumıniyalı çalışdırıcı bunları dilə gətirib:
“Bu gün biz çox pis oynadıq. Hətta deyərdim ki, mövsümün ən zəif oyununu keçirdim. Oyunun ritmini əlimizdə saxlaya bilmədik. Hakim də hər dəqiqə oyunu saxlayırdı. Mən onun idarəçiliyindən çox narazıyam. Heyətlə də bağlı bir sıra problemimiz var idi, lakin bu məğlubiyyətə bəhanə deyil. Bir səhv buraxdıq, qapımızda qol gördük. Yaxşı top saxlaya bilmədik. Çempion olmaq üçün bütün oyunlarda qalib gəlməliyik. Qarşıdakı görüşlərə hazırlaşmalı olacağıq”.
