13 mart 2011 16:21
Nazim Süleymanov: Revanş götürməyi çox arzulayırdıq
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın final mərhələsinin ilk, bütövlükdə isə 23-cü turunun “Xəzər Lənkəran” ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, liderin əsas izləyicisi üzərində minimal hesablı qələbəyə sevinən paytaxt klubunun çalışdırıcısı bunları dilə gətirib:
“Futbolçularımdan razı qaldım. Onlar çox yaxşı oyun keçirdilər. Baxmayaraq ki, çox çətin oyun oldu. Biz bu mövsüm iki dəfə “Xəzər Lənkəran”a məğlub olmuşduq. Buna görə də revanş götürməyi çox arzulayırdıq. Sevinirəm ki, bu istəyimizə nail olduq”.
