13 mart 2011 17:09
“Futbolçularımdan gözəl oyun yox, 3 xal istəmişdim”
Premyer Liqanın 23-cü turunda “Turan” doğma meydanda "Gəncə" klubunu qəbul etdi. Azerisport.az xəbər verir ki, rəqibini minimal hesabla məğlub edən "Turan" "təhlükəli zona"dan uzaqlaşa bildi. Qarşılaşmadan sonra komandaların baş məşqçiləri isə bunları dilə gətirib:
Fuad İsmayılov, "Gəncə"nin baş məşqçisi: "Gəncə" və "Turan" arasında oyunlar həmişə gərgin keçib. Bu gün də çox maraqlı və gərgin oyunun şahidi olduq. Komandam əzmkar mübarizə apardı, lakin qalib gələ bilmədik. "Turan"ı təbrik edirəm".
Naci Şensoy, "Turan"ın baş məşqçisi: "Bildiyiniz kimi, haqsız şəkildə kubokda mübarizəni dayandırdıq. Bugünkü oyundan qabaq futbolçularımdan gözəl oyun yox, 3 xal istəmişdim. Bu qələbəni mənə bəxş etdiklərinə görə futbolçularıma minnətdaram. "Gəncə" azlıqda qalmasına baxmayaraq, çox yaxşı oynadı. Qol imkanlarımızın hamısından istifadə edə bilmədik. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm, "Gəncə"yə uğurlar arzulayıram".
