13 mart 2011 18:17
Aleksandr Starkov: İkinci hissədə üstünlük bizim tərəfimizdə idi
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 23-cü turunun “Neftçi” ilə oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı minimal hesabla məğlub olduqları derbidən sonra bunları dilə gətirib:
“Pis oynamadıq. İkinci hissədə üstünlük bizim tərəfimizdə idi. Ancaq təəssüf ki, qol vura bilmədik. Belə oyunlarda mütləq qol vurmaq lazımdı. Bütövlükdə nəticədən razıyam. Şansımız hələ də qalır və oynayacağıq”.
