13 mart 2011 00:08

Çempionluqdan əli üzülən çempion?

Nəhayət, Azərbaycan Premyer Liqasında final – “altılıq” mərhələsinin oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ilk turun birinci oyun günündə hər iki “altılıq”dan bir qarşılaşma keçirildi.
 
Final mərhələsi elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları - “Simurq” və “Muğan” arasındakı duellə start götürdü. Maraqlıdı ki, Salyan təmsilçisi həm ev, həm də səfər matçlarında bu rəqibinə eyni hesabla qalib gəlmişdi – 1:0. Lakin kifayət qədər uğursuz çıxış edən və vəziyətini xeyli ağırlaşdıran Qyoko Haciyevskili Zaqatala klubu artıq ikiqat əhəmiyyətə malik final mərhələsindəki ev matçında mütləq dönüş yaratmalıydı. Əks halda “Simurq”un elitada qalmaq şansları daha da azalmış olacaqdı.
 
Amma qışda təcrübəli futbolçuları heyətinə cəlb edən zaqatalalılara heç bu da fayda gətirmədi. Əksinə onlar bu dəfə daha çox qol buraxaraq, sadəcə 1 təsəlli qoluna imza ata bildilər. Görünür, daha “Simurq”un elitada qalmaq ümidləri kifayət qədər azdı və bu onların oyununa da təsirsiz ötüşmür. Əvəzində “Muğan” artıq ikinci altılıqda liderliyə yüksəlməyə yaxındı.
 
İlk oyun gününün digər matçı isə kifayət qədər prinsipial və vacib qarşılaşma idi. Hər halda ilk altılıqda yer alan və medallar uğrunda mübarizə aparan “Qarabağ”la “İnter” həm də turnir cədvəlində də bir-birinə qonşuydu. Çempionluğa çalışan tərəflər təsnifat mərhələsində hərəyə 1 qələbə qazanmışdı. Həm “bankirlər”, həm də ağdamlılar dogma meydanda minimal hesablı qələbəyə sevinmişdi. İndi isə qələbə qazanan tərəf, ikiqat üstünlüyə yiyələnmiş olacaqdı.
 
Bu üstünlüyü isə “Qarabağ” özü üçün təmin etdi. Ağdam təmsilçisi demək olar ki, bu oyunda qələbə qazanmaqla 6 xal qazamış oldu. Yeri gəlmişkən qeyd edək ki, “Şəfa” stadionunda baş tutan bu qarşılaşma tərəflərin sayca 30-cu görüşü oldu. Geridə qalan 29 görüşün 26-sı çempionat, 3-ü isə kubok çərçivəsində baş tutmuşdu. Həmin 26 oyunda “Qarabağ”ın minimal üstünlüyü vardı. Bu oyuna kimi “İnter” üzərində 9 qələbəsi olan bölgə təmsilçisi bu dəfə onların sayını 10-a çatdırdı. Top fərqində də ağdamlılar rəqibi üstələyir. “Qarabağ” 27 qolun qarşılığında qapısında 18 top görüb.
 
Yeri gəlmişkən xatırladaq ki, “İnter” üzərindəki bundan əvvəlki son qələbə də “Qarabağ”ın uğurlu seriyasının əsasını qoymuşdu. Son 3 ayda baş tutan 7 görüşün hamısında qələbə qazanan Qurban Qurbanovun komandası yenidən “Şəfa” stadionunda “İnter”lə qarşılaşdı və seriyasını davam etdirməklə onların sayını 8-ə çıxardı. Son çempion isə uğursuz gedişə heç cür son qoya bilmir və deyəsən artıq çempinluqdan əlini üzüb.
 
Premyer Liqa
23-cü tur
 
Simurq - Muğan - 1:3 (0:1)
 
Qollar: Cavad Mirzəyev, 45 (0:1), Hüseyn Axundov, 55 (0:2), Mario Souza, 57 (1:2), George Qulordava, 90+4 (1:3)
Matçın 57-ci dəqiqəsində Mario Souza penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: George Qulordava, 5, Taqim Novruzov, 60, Sergey Çernışev, 89 – sarı.
Hakimlər: Ceyhun Haşımov, Samir Hacıyev, Rahil Ramazanov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Əmir Zamanov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.
12 mart 2011. Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. 500 tamaşaçı.
Simurq: 22. Adnan Hodziç, 17. Rüstəm Məmmədov, 21. Jivko Jelev, 5. Elvin Yunusov, 2. Səbuhi Həsənov, 6. Mikayıl Rəhimov, 8. Qərib İbrahimov (25. Tofiq Mikayılov, 11), 7. Samir Əliyev (k) (9. Əli Bağırov, 50), 15. Elvin Musazadə (10. Vasif Əliyev, 61), 24. Fərid Quliyev, 11. Mario Souza.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 28. İlkin Qırtımov, 27. Ramil Sayadov, 23. Camal Məmmədov.
Baş məşqçi: Qyoko Haciyevski.
Muğan: 1. Amil Ağacanov (k), 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 6. Taqim Novruzov, 7. Pərvin Paşayev (19. Zaur Əsədov, 62), 11. Con Pelu (16. Sergey Çernışev, 55), 14. Fərid Həşimzadə (4. Elxan Cəbrayılov, 70), 15. Anar Qasımov, 23. George Qulordava, 34. Cavad Mirzəyev, 39. Hüseyn Axundov.
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 18. Samuel Barlay, 21. Ceyhun Abdullayev, 26. Ekrem Hodziç.
Məşqçi: Bəhmən Həsənov.
 
İnter - Qarabağ - 0:2 (0:0)
 
Qollar: Rauf Əliyev, 58 (0:1), George Adamiya, 74 (0:2).
Vərəqələr: Şəhriyar Rəhimov, 87 - Namiq Yusifov, 45 – sarı.
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Azər Əsgərov, Elnur Muradov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
12 mart 2011. Bakı. “Şəfa” stadionu. 1500 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 4. Danildo Assioli, 6. Dmitri Kruqlov (9. Rövşən Əmiraslanov, 73), 8. Aleksandr Çertoqanov, 13. Bronislav Çervenka (14. Petar Zlatinov, 67), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 19. David Odikadze (32. Robertas Poşkus, 80), 20. Girts Karlsons, 23. Şəhriyar Rəhimov, 88. Kaxaber Mjavanadze.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 11. Asif Məmmədov, 12. Filip Despotovski, 77. Daniel Genov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov (72. Devran Ayhan, 82), 11. Rauf Əliyev, 13. Samir Abasov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (20. Nderim Nedzipi, 90), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. George Adamiya (9. Elvin Məmmədov, 80).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 10. Emin İmaməliyev, 19. Andrey Rubin.
Baş məşqçi: Qurban Qurbanov.
 
Turun qalan 4 görüşü bu gün keçiriləcək: 13 mart - Turan - Gəncə, MOİK - Qəbələ, AZAL - Xəzər Lənkəran, Bakı – Neftçi.
 
Birinci altılıq
 
1
Neftçi
22
14
6
2
40-9
48
2
Xəzər L
22
14
5
3
28-12
47
3
Qarabağ
23
14
3
6
32-14
45
4
İnter
23
12
4
7
24-18
40
5
AZAL
22
9
9
4
27-16
36
6
Bakı
22
9
6
7
28-21
33
 
İkinci altılıq
 
1
Qəbələ
22
8
7
7
19-14
31
2
Muğan
23
8
6
9
17-24
30
3
Gəncə
22
5
9
8
23-27
24
4
Turan
22
3
6
13
17-35
15
5
Simurq
23
2
6
15
13-37
12
6
MOİK
22
1
3
18
6-47
6
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
11 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ)
9 - Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.