14 mart 2011 00:54
Rauf Mehdiyev: Jaba simulyasiyaya görə cəzalanmalı idi
“Neftçi”nin qapıçısı Rauf Mehdiyev Premyer Liqanın son turunda “Bakı” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib. Azerisport.az saytına müsahibəsində o, matçın ən mübahisəli anı haqqında da danışıb.
Qeyd edək ki, hesab açıldıqdan sonra Jaba Raufla təkbətək çıxsa da, onlar toqquşduqdan sonra Jaba cərimə meydançasında yerə yıxıldı. Lakin matçın baş hakimi Əfqan Həmzəyev penalti təyin etmədi. Bəs görəsən, Mehdiyev həmin epizodla bağlı nə düşünür:
“Həmin epizodda penaltidən söhbət belə gedə bilməzdi. Jaba ilk dəfə deyil belə gedişlərə əl atır. Braziliyalı həmin epizodda özünü yerə atdı. Hesab etmirəm ki, hakim səhvə yol verdi. Əslində, referi Jabaya simulyasiyaya əl atdığına görə sarı vərəqə göstərməliydi”.
