14 mart 2011 13:20
Berti Foqts Arif Əsədovla görüşüb
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Berti Foqtsla görüşüb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi görüş haqqında məlumat verərkən, bunları dilə gətirib:
"Neftçi"nin heyətindən milli komandamıza Rail Məlikov, Cavid İmamverdiyev, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov, Amit Quluzadə, Araz Abdullayev kimi futbolçular dəvət olunur. Bu futbolçularla yanaşı, həmçinin U-21 yığmamıza Ruslan Qurbanov, Mirhüseyn Seyidov, Tərlan Quliyev cəlb edilir. Yığma komandamızın baş məşqçisi Berti Foqts onlar haqqında məndən geniş məlumat aldı. Almaniyalı mütəxəssis yığma komandaya namizəd futbolçular haqqında mənim fikirlərimi öyrəndi. Onun fikirləri də oldu, futbolçuların mövqeləri ilə bağlı öz fikirlərini söylədi. Berti Foqts onların son durumları barədə məlumat aldı" – deyə Əsədov klubun rəsmi saytına açıqlamasında bildirib.
