14 mart 2011 13:51

“Biz zəif rəqiblərə qarşı zəif, güclülərə qarşı isə yaxşı oynayırıq”

AZAL-ın müdafiəçisi Elvin Əliyev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 23-cü turunun “Xəzər Lənkəran” ilə ev oyununda qazandıqları qələbədən və qarşıdakı oyunlardakı şanslarından danışıb.
 
- “Xəzər Lənkəran” üzərində qələbəniz bir qədər gözlənilməz alındı. Ancaq yəqin ki, siz buna hazır idiniz...
- Mən hesab etmirəm ki, bizim qələbəmiz gözlənilməz oldu. Bu mövsüm biz onlara iki dəfə məğlub olmuşduq. Bu qədər uduzmaq kifayət idi. Artıq qələbə qazanmaq zamanı idi. Axı eyni rəqibə bu qədər uduzmaq olmazdı. Çox gərgin oyun alındı və nəhayət qələbə qazana bildik.
 
- Ancaq AZAL-ın daha çox heç-heçəyə oynadığı hiss olunurdu...
- Yox, bu, belə deyil. Hətta heç-heçə də bizim üçün qətiyyən sərfəli deyildi. Bu qələbə isə bizim gələcək oyunlarda da daha baxımlı oyun sərgiləməyimizə şərait yaradacaq. Ola bilsin ki, bunu hərə bir cür qəbul edəcək, amma bizim çempionluq şanslarımız qalır və mübarizəmizi sona kimi davam etdirəcəyik.
 
- Ancaq siz bu oyunu heç də çempionluğa layiq oyunla qazanmadınız...
- Biz özümüz bilərəkdən üstünlüyünü “Xəzər Lənkəran”a vermişdik. Rəqibimiz hücum futbolu sərgiləyən komandadı. Biz də bundan sürətli əks-hücumlarla yararlanmaya bilməzdik.
 
- Bu öncədən hazırlanmış gediş idi?
- Bəli, elədi ki var. Biz cinahlardan istifadə etməyə çalışırdıq. Bizim plan heç də pis işləmədi. Taktiki cəhətdən “Xəzər Lənkəran”ı üstələyə bildik.
 
- Uğursuz gedişə son qoyduğunuzu demək olar?
- Bu baxımdan da “Xəzər Lənkəran” üzərində qələbə bizə çox kömək edəcək. Hər komandanın enişdə olduğu günləri olur. “Turan”ı kubokda keçməyimiz, “Xəzər Lənkəran”ı məğlub etməyimiz çətinlikləri arxada qoyduğumuzu deməyə əsas verir.
 
- Amma “Turan” kimi rəqiblə daha bu mövsüm qarşılaşmayacaqsız...
- Bunu biz də bilirik və hər şeyə hazırıq. Belə rəqiblərin hamısı ikinci altılıqda qaldı. Hamı bilir ki, biz zəif komandalara qarşı zəif, güclü komandalara qarşı isə yaxşı oynayırıq. Ancaq heç də həmişə yaxşı nəticə qazanmaq mümkün olmur.
 
- Hansı turnir sizin üçün daha əhəmiyyətlidi?
- Biz hər iki turnirdə mübarizəmizi sonadək davam etdirəcəyik. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.