14 mart 2011 14:11
Şükürov Anji`ni Neftçi`yə dəyişə bilər
Yığma komandamızın və Rusiyanın “Anji” klubunun yarımmüdafiəçisi Mahir Şükürov iş yerini dəyişə bilər. Azerisport.az xəbər verir ki, Mahaçqala təmsilçisi heyətinə qatdığı bir sıra ulduz oyunçuların gəlişindən sonra bəzi futbolçularla yollarının ayırmağı düşünür ki, onların arasında həmyerlimiz də var.
Ötən mövsüm komandasının əsas heyət üzvlərindən olan Şükürov indi ora düşmək uğrunda mübarizə aparır. Məhz bu üzdən həmyerlimizin elə yayda “Anji”ni tərk etməsi gözlənilir. Onun “Neftçi”yə keçidinin mümkünlüyü iddia olunur.
