14 mart 2011 14:42
Cari mövsüm ən çox narazılıq edilən hakim Anar Salmanovdu
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Cari mövsüm idarəçiliyindən ən çox narazı qaldığınız hakim kimdi” sualı ilə müraciət etdiyimiz azarkeşlərin son rəyi məlum olub.
Onların böyük əksəriyyəti Anar Salmanovdan narazıdı. Sonuncu dəfə “Neftçi” və “Xəzər Lənkəran” arasındakı kubok matçındakı idarəçiliyi ilə gündəmə gələn referi sorğuya qatılanların 56 faizinin etirazı ilə üzləşib.
Bu mənada Salmanovun əsas izləyicisi isə Vüsal Əliyevdi. FİFA referisindən narazı qalan respondentlər 17 faiz təşkil edir.
