14 mart 2011 15:26
Cahangir Hacıyev İnter`in uğusuz çıxışını müzakirə edib
Doğma meydanda növbəti məğlubiyyətdən sonra “İnter”in Azərbaycan çempionu titulunu saxlaması kifayət qədər azaldı. Azerisport.az xəbər verir ki, matçdan sonra klubun fəxri prezidenti, klubun idarə heyətinin sədri Cahangir Hacıyev klub prezidenti Georgi Nikolov və baş məşqçi Kaxaber Sxadadzenin iştirak etdiyi görüş baş tutub.
“Biz səbəbləri öyrəndik və belə qənaətə gəldik ki, oyunçularımızda psixoloji boşalma mövcuddu. Mənə mövsümün hələ başa çatmadığını demək lazım gəldi. Biz hələ çempionluq mübarizəmizi davam etdiririk. Çempionluğa nəzəri şanslarımız qalır. Turnir cədvəlini mümkün qədər üst pillələrdə tamamlamağa çalışacağıq” – deyə, Nikolov azerisport.az saytına bildirib.
