14 mart 2011 15:56
Xəzər Lənkəran`da 19-cu kapitan
“Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev zədə səbəbindən Azərbaycan Premyer Liqasının 23-cü turunu buraxmalı oldu. Azerisport.az xəbər verir ki, bu üzdən də komandanı meydana kapitan sarğısı ilə Elnur Allahverdiyev çıxardı.
Müdafiəçi karyerasında ilk dəfə Lənkəran təmsilçisinin kapitanı olmaqla tarixə düşüb. O, bu şərəfə nail olan 19-cu futbolçudu. Elnurla yanaşı daha 3 oyunçu cari mövsümdə bu “post”da debüt ediblər. Bunlar Rahid Əmirquliyev, Xaqani Məmmədov və Ruslan Poladdovdu.
“Xəzər Lənkəran”ın kapitanları: Kamran Ağayev, Mahmud Qurbanov – hərəyə 59, Emin Quliyev – 25, Samir Əliyev – 24, Zaur Ramazanov – 23, Dmitri Kramarenko – 19, Arif Əsədov – 14, Elmar Baxşıyev – 10, Bəxtiyar Musayev – 4, Alim Qurbanov – 3, Füzuli Məmmədov, Junior Osvaldo – hərəyə 2, Aleksandr Martyoşkin, Ədəhim Niftəliyev, Rəşad Abdullayev, Rahid Əmirqulıiyev, Xaqani Məmmədov, Ruslan Poladov, Elnur Allahverdiyev – hərəyə 1 dəfə.
