14 mart 2011 16:05

Rəşad Sadıqov: Bu seriya bizə AZAL-la oyunda 3 xal verməyəcək

“Qarabağ” son 8 oyunda ardıcıl qələbələrlə yenidən medallar uğrunda mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, 4-cü pillədəki “İnter”i 5 xal üstələyən Ağdam klubu 2-ci sıradakı “Xəzər Lənkəran”dan 2 xal geridə qalır.
 
Final mərhələsində növbəti rəqib isə çempionatın sürpriz iddialısı AZAL-dı. “Təyyarəçilər”lə oyundan öncə “Qarabağ”ın müdafiəçisi, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov “İnter”lə baş tutan son oyun haqqında danışıb:
 
“2:0-lıq qələbə qazansaq da, oyun heç də gözlənildiyi kimi asan olmadı. Rəqib taktiki cəhətdən oyuna yaxşı hazırlaşmışdı. Meydanda bizə boş yer verməməyə çalışırdılar. Gərgin oyun oldu. Əsas odu ki, lazım olan məqamda fərqlənə bildik. “İnter”in yaxşı oyun modeli var. Zənnimcə, “bankirlər” sona qədər mübarizə aparacaq”.
 
Ötən mövsümün ən yaxşı futbolçusu 8 oyunluq qələbə seriyası və qarşıdan gələn AZAL-la oyun barəsində də fikirlərini bildirib: “Açığı, qələbə seriyası haqqında fikirləşmirik. Çünki, nəzəri cəhətdən bu, bizə heç nə vermir. Biz hər bir oyuna xüsusi köklənməyə çalışırıq. Düzdü, istənilən halda belə seriya futbolçu üçün yaxşıdı. Amma bu seriya bizə AZAL-la oyunda 3 xal verməyəcək. AZAL Xəzər Lənkəran”ı son turda məğlub etməklə bir daha güclü komanda olduğunu sübut edib. AZAL-la oyun mənə görə mövsümün ən vacib oyunudu.  Ona görə də çətin oyuna indidən köklənməyə çalışırıq”.
 
Qışda yenidən doğma komandasına dönən Rəşad adaptasiya ilə bağlı da danışıb: “Deməzdim ki, uyğunlaşma problemi oldu. Həm aradan elə də böyük zaman keçməyib, həm də hamısı eyni uşaqlardı. Əksinə deyərdim ki, qısa ayrılığın mənə xeyri də dəydi. “Qarabağ”ın dəyərini daha yaxşı anladım. Bu komanda mənə daha da doğmalaşdı”.
 
29 yaşlı müdafiəçi “Qarabağ”ın Premyer Liqadakı hədəfləri barəsində də danışıb: “Qarabağ”da elə bir mühit var ki hər kəs futbol haqqında fikirləşir. Rəhbərlik elə mühit formalaşdırıb ki, komanda üzərində heç bir təzyiq hiss etmir. Əsas hədəfimiz avrokuboklardı. Əla, mehriban kollektivimiz var. Başımızı aşağı salıb öz işimizi görürük. Qarşıda bizi bir-birindən çətin 9 oyun gözləyir. Yenə də qeyd edirəm ki, əsas məqsədimiz hələlik AZAL-la oyundu. AZAL-la oyunda sonra isə növbəti rəqib haqqında fikirləşəcəyik. Bu bizim artıq bizim psixologiyamızdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.