14 mart 2011 16:39

"Həmzəyevdən AFFA-ya şikayət etməyəcəyik"

“Bakı”nın baş meneceri Zeynal Məmmədov Premyer Liqanın son turunun “Neftçi” ilə oyununda üzləşdikləri minimal hesablı məğlubiyyəti şərh edib. Azerisport.az saytına müsahibəsində o, bu qarşılaşmadakı mübahisəli epizodu da şərh edib:
 
“Mən oyunun gedişində Jabanın cərimə meydançasında yerdə qaldığı epizodla bağlı heç nə deyə bilmirdim. Amma oyunun videoyazısına baxdıqdan sonra həmin epizodun penalti olmasına qətiyyən şübhəm qalmadı. Əfqan Həmzəyev həmin vəziyyətdə mütləq penalti nöqtəsini göstərməli idi. Ondan sonra oyunun necə gedəcəyini isə heç kim söyləyə bilməz. Hər şeyi Allaha tapşırıram. Məncə həmin anda Həmzəyev çox böyük səhvə yol verdi. Çox təəssüf edirəm ki, matç belə korlandı.
 
Biz buna görə AFFA-ya heç bir müraciət etməyə hazırlaşmırıq. Hətta hakimi cəzalandırsalar da belə, xallarımız onsuz da qaytarılmayacaq.
 
Jabanın dediyi sözləyə gəlincə, onları müzakirə etməyəcəm. O deyib ki, “Neftçi” çempion olacaq. Ancaq mən bunu deyə bilmərəm. Qarşıda hələ 9 tur var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.