14 mart 2011 11:16
Foqts: Onlardan klublarında göstərdiyindən daha çox şey gözləyirəm
Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçiisi Berti Foqts azerisport.az saytının suallarını cavablayıb.
- İzlədiyiniz “Bakı” – “Neftçi” oyunu (0:1)haqda nə deyərdiz?
- Çoxlu qol gözləyirdim, amma cəmi bir qol izləyə bildik. Kİm vurdusa, o da qələbə qazandı. Halbuki, kifayət qədər təhlükəli vəziyyətlər oldu. “Neftçi”yə cəmi bir şans güldü ki, ondan da maksimum yararlandı.
- Siz həm də AZAL - “Xəzər Lənkəran” matçını izləyə bildiniz. Bu oyundakı gözlənilməz qələbəni necə qarşıladınız?
- Birinci hissədə “Xəzər Lənkəran” vəziyyətə nəzarət edən tərəf idi. Ancaq bircə səhv hər şeyin sonu oldu.
- Siz demişdiz ki, Elnur Abdullayevin oyununa baxacaqsız...
- Bəli, “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi iki oyundu mənim müşahidəm altındadı. Sadəcə onun necə oyunçu olduğunu gələcək göstərəcək.
- Onun yığmaya düşmək şansları necədi?
- Bunu siz bir qədər sonra biləcəksiz. Hansı ki, Abdullayev “Xəzər Lənkəran”da daha çox oyun keçirmiş olacaq.
- Bəs “İnter” üzərində 2 cavabsız qolla qələbə qazanan “Qarabağ”ın oyunçuları necə, onlar sizi sevindirə bildimi?
- Futbolçular barədə soruşmayın. Mən sadəcə bütün oyuna baxırdım. Hansı ki, məqsədim məni maraqlandıran müəyyən informasiyaları toplamaq idi. Mən yığma üzvlərindən klublarında göstərdiklərindən daha çox şey gözləyirəm.
- Siz 25-ci turun “Xəzər Lənkəran” – “Neftçi” matçına baxa bilməyəcəksiz?
- Mən həmin vaxt artıq Almaniyada olacam. Orda isə Azərbaycan televiziyaları göstərmir.
