14 mart 2011 12:07
Bundesliqada 6 cavabsız qol istefaya səbəb oldu
Almaniya Bundesliqasının son turunda Münhen “Bayern”inin dogma meydanda 6:0 hesabıyla məğlub etdiyi “Hamburger”da baş məşqçis Armin Vehin fəaliyyətinə son qoyulub. Azerisport.az xəbər verir ki, komandanın belə uğursuz çıxışına görə yeganə günahkar olan mütəxəssis istefaya göndərilib.
Klubdan veriən açıqlamaya görə mövsümün sonuna qədər bu komandaya köməkçi çalışdırıcı Mixael Oeninq rəhbərlik edəcək. Qeyd edək ki, “Hamburger” hazırda 37 xalla 8-ci pillədə qərarlaşıb. Veh isə hələ bu oyuna kimi mətbuata komandadan getməsinin mümkünlüyünü bildiribmiş.
