14 mart 2011 00:17
XL Neftçini kubokda keçməklə işi bitmiş sayır?
Artıq Azərbaycan Premyer Liqasının final mərhələsinin ilk turu arxada qaldı. Azerisport.az xəbər verir ki, heç şənbə günü baş tutan görüşləri nəzərə almasaq belə, tur kifayət qədər maraqlı nəticələrlə tarixə köçdü.
Bu mənada şübhəsiz ki, daha çox “Xəzər Lənkəran”ın səfərdə AZAL-a məğlubiyyəti daha diqqətçəkən alındı. Bəlkə də, ən bədbin XL azarkeşləri uzaqbaşı xal itkisini düşünərdi. Amma yenilgini yox. Cari mövsümün təsnifat mərhələsində iki dəfə bu rəqibinə uduzan “təyyarəçilər” isə belə düşünmürdülər. Onlar mütləq revanş götürmək istəyirdilər ki, buna da nail oldular. Hansı ki, hələ oyundan öncə paytaxt klubunun üzvləri bu görüşə çox ciddi hazırlaşdıqlarını gizlətmirdilər.
Lakin AZAL-ın bu bir qədər sensasion görünən yenilgisində cənub təmsilçisinin zəif çıxışının daha böyük rol oynadığını da demək olar. Hansı ki, görüşdən sonra rumıniyalı mütəxəssis Mirça Rednik də komandasının cari mövsüm ən pis oyununu sərgilədiyini iddia etdi. Görünür, XL kubokda “Neftçi” ilə keçirilən iki parlaq oyundan sonra arxayınlaşıb və ya onunla işi bitmiş hesab edir. Halbuki, hələ nə heç kubok qazanılmayıb, nə də çempionatda yalnız “Neftçi” üzərində qazanılacaq qələbələr çemionluğu təmin etməyəcək. Bunun üçün nəinki AZAL, eləcə də digər bütün “altılıq” komandaları üzərində qələbə qazanmaq lazımdı. Əks halda əzəli rəqibin çempionluğuna mane olmaq müşkülə çevriləcək.
XL-ın bu xal itkisindən “Neftçi” maksimum yararlandı. Paytaxt derbisi o qədər də maraqlı keçmədi. Hər halda “ağ-qaralar”ın erkən qoldan sonra daha çox müdafiəyə diqqət ayırıb, əks-hücuma diqqət ayırması “zolaqlılar”ın işini çətinə saldı. Nəticədə geridə qalan son 4 oyunda qapısında qol görməyən, Aleksandr Starkovun gəlişindən bəri isə məğlubiyyət tanımayan “Bakı”nın bu seriyaları qırılmış oldu. Liderlə əsas izləyicisi XL arasındakı xal fərqi isə yenidən 4 xala çıxdı.
Hesabat turunun son oyun gününə təsadüf edən daha iki qarşılaşması ikinci altılıqda keçirildi ki, bu oyunlarda da “Gəncə”nin uduzması, “Qəbələ”nin isə xal itirməsi diqqətçəkən oldu. Düzdü, “Turan” hələ təsnifat mərhələsində də qərb derbilərində qələbə qazanan tərəf olmuşdu. Lakin cari mövsüm üçüncü dəfə eyni komandanı məğlub etməklə Naci Şensoyun komandası topladığı 18 xaldan tən yarısını bu rəqibdən almış oldu. Toni Adamslı “Qəbələ” isə yenə qələbə qazana bilmədi. Özü də zirzəmidə qərarlaşan MOİK-lə dueldə. Hər halda ikinci altılığın liderini narahat edən ciddi məqam yoxdu. “Hərbçilər”in canfəşanlığını isə başa düşmək olar. Baxmayaraq ki, bu canfəşanlığın hansısa bəhrə verməsi qətiyyən inandırıcı görünmür.
Premyer Liqa
23-cü tur
AZAL - Xəzər Lənkəran - 1:0 (0:0)
Qol: Enyo Krastovçev, 76.
Vərəqələr: Zohair Benouahi, 90+3 - Adrian Pit, 88 – sarı.
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Yaşar Abbasov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
13 mart 2011. Bakı. “Şəfa” stadionu. 4000 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Robert Petrov, 3. Usim Nduka, 6. Ritus Krjauklis, 14. Elvin Əliyev, 9. Viktor İbekoyi, 8. Eleandro Pema (22. Anar Həsənov, 90+3), 10. Nuqzar Kvirtiya, 15. Qvidas Yuska (24. Enyo Krastovçev, 71), 16. Mensur Limani, 21. Mirko Bunyevçeviç (11. Zohair Benouahi, 55).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 17. Vüsal Qarayev, 7. Tərlan Xəlilov, 4. Namiq Abdullazadə.
Baş məşqçi: Nazim Süleymanov.
Xəzər Lənkəran: 12. Yevgeni Kopil, 2. Elnur Allahverdiyev (k), 3. Elvin Beqiri (9. Aleksandru Pitsurka, 80), 6. Simao Bruno, 10. Elnur Abdullayev (18. Alim Qurbanov, 62), 14. Rahid Əmirquliyev, 15. Emeka Opara, 16. Adrian Pit, 19. İbrahim Banqura (11. Andrey Mureşan, 69), 27. Manuel Skarlatake, 84. Julius Vobay.
Ehtiyat oyunçular: 26. Orxan Sadıqlı, 8. Nikulay Muşat, 30. Katalin Doman, 77. Stelian Stanku.
Baş məşqçi: Mirça Rednik.
Turan - Gəncə - 1:0 (1:0)
Qol: Yasin Abbasov, 27.
Vərəqələr: Muammer Erdoğdu, 15, Xəyal Qarayev, 50, Elnur Abbasov, 63, Boris Kondev, 83 - Vladimir Zelenbaba, 20, Ceyhun Sultanov, 26 – sarı, Patris Nukeu, 38 – qırmızı.
Hakimlər: Anar Salmanov, Aydın Ələkbərov, Zeynal Zeynalov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
13 mart 2011. Tovuz. Şəhər stadionu. 1500 tamaşaçı.
Turan: 85. Kamal Bayramov, 3. Vurğun Hüseynov (k), 5. Muammer Erdoğdu, 6. Elnur Abbasov, 10. Xəyal Qarayev (45. Fərmayıl Əliyev, 55), 14. Viktor Qonta, 20. Georgi Beriaşvili, 21. Rəşad Orucov, 25. Martin Kerçev, 26. Boris Kondev (16. Oleq Qvelesiani, 85), 28. Yasin Abbasov (19. Rəşid Həsənov, 46).
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 2. Hüseyn İsgəndərov, 11. Azər Məmmədov, 22. Məhərrəm Müsümzadə.
Baş məşqçi: Naci Şensoy.
Gəncə: 1. Edis Kurtanoviç, 2. Xəyal Mustafayev, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 8. Armand Fuetçin, 6. Samir Zərgərov, 27. Ramazan Abbasov (11. Sabir Allahquliyev, 65), 24. Vladimir Zelenbaba, 28. Patrik Nukeu, 10. Ceyhun Sultanov, 23. Junivan Suares (20. Vüsal Hüseynov, 69).
Ehtiyat oyunçular: 22. Ruslan Məcidov, 13. Zura Dzamsaşvili, 9. Samir Abdulov, 14. Asəf Qədiri
3. Vasif Haqverdiyev.
Baş məşqçi: Fuad İsmayılov.
Bakı - Neftçi - 0:1 (0:1)
Qol: Flavinyo, 8.
Vərəqələr: Stevan Bates, 82 - İqor Mitreski, 40 – sarı.
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Eldar Nağıbəyov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
13 mart 2011. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 700 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 7. Mahmud Qurbanov (20. Fabio Luis Ramim, 70), 9. Vaqif Cavadov, 15. Cəmşid Məhərrəmov (k), 18. Radomir Todorov (11. Adnan Barakat, 88), 30. İbrahim Karqbo, 32. Aleksey Savinov, 33. Stevan Bates, 39. Ruslan Leviqa (77. Aleksandar Soliç, 68), 85. Jaba, 99. Leonardo Roşa.
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 3. Rafael Əmirbəyov, 8. Ernad Skuliç, 12. Vyaçeslav Sofroni.
Baş məşqçi: Aleksandr Starkov.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 7. Rodriqinyo (3. Denis Silva, 51), Flavinyo (11. Cavid Hüseynov, 80), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 16. Alessandro Viano da Silva, 17. Araz Abdullayev, 27. Rəşad Abdullayev (25. Cavid İmamverdiyev, 60).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Elmar Baxşıyev, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov
Baş məşqçi: Arif Əsədov.
MOİK - Qəbələ - 1:1 (0:0)
Qollar: Deon Barton, 52 (0:1), Emin Cəfərquliyev, 56 (1:1).
Vərəqələr: Ruhid Usubov, 36; Emin Mustafayev, 45+1 - Qoqa Beraya, 62 – sarı, Ramin Tanrıverdiyev, 59 – qırmızı.
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Coşqun Həsənov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Orucəli Durmuşov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
13 mart 2011. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 150 tamaşaçı.
MOİK: 22. Tariyel Hüseynov, 2. Emin Cəfərquliyev, 13. Ramin Tanrıverdiyev, 5. Natiq Əkbərov, 6. Emin Mustafayev (25. Cavidan Ağayev, 90), 7. Nizami Hacıyev (k), 8. Ruhid Usubov (10. Orxan Babayev, 83), 14. Tural İsgəndərov (4. Vüqar Əsgərov, 78), 17. Azər Həşimov, 20. Araz Bağırov, 23. Tural Nərimanov.
Ehtiyat oyunçular: 12. Ceyhun Qədirli, 9. Nicat Tağıyev, 15. Murad Səttarlı, 16. Elçin Xəlilov.
Baş məşqçi: Ramil Əliyev.
Qəbələ: 12. Pavel Dorosev, 3. Nodar Məmmədov, 8. Bruno da Silva, 9. Bruno dos Anjos, 10. Deon Barton, 14. Milan Antiç, 17. Arif İsayev, 18. Qoqa Beraya (k), 20. Kristian Torres, 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Ramin Quliyev, 7. Yaşar Abuzərov, 6. Lyuba Baranin, 21. Alhassan Banqura, 22. Murad Hüseynov, 25. Nuran Qurbanov.
Baş məşqçi: Toni Adams.
Birinci altılıq
|
1
|
Neftçi
|
23
|
15
|
6
|
2
|
41-9
|
51
|
|
2
|
Xəzər L
|
23
|
14
|
5
|
4
|
28-13
|
47
|
|
3
|
Qarabağ
|
23
|
14
|
3
|
6
|
32-14
|
45
|
|
4
|
İnter
|
23
|
12
|
4
|
7
|
24-18
|
40
|
|
5
|
AZAL
|
23
|
10
|
9
|
4
|
28-16
|
39
|
|
6
|
Bakı
|
23
|
9
|
6
|
8
|
28-22
|
33
|
İkinci altılıq
|
1
|
Qəbələ
|
23
|
8
|
8
|
7
|
20-15
|
32
|
|
2
|
Muğan
|
23
|
8
|
6
|
9
|
17-24
|
30
|
|
3
|
Gəncə
|
23
|
5
|
9
|
9
|
23-28
|
24
|
|
4
|
Turan
|
23
|
4
|
6
|
13
|
18-35
|
18
|
|
5
|
Simurq
|
23
|
2
|
6
|
15
|
13-37
|
12
|
|
6
|
MOİK
|
23
|
1
|
4
|
18
|
7-48
|
7
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
11 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ)
9 - Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL).
