15 mart 2011 12:56
Qarabağ, XL, MOİK, Gəncə - hərəyə 2000 manat cərimə
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
Premyer Liqanın 23-cü turunun “İnter” – “Qarabağ” matçının 48-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
AZAL – “Xəzər Lənkəran” matçının 73-cü və 87-ci dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
MOİK – “Qəbələ” matçının 59-cu dəqiqəsində MOİK-in futbolçusu Ramin Tanrıverdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Turan” – “Gəncə” matçında “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 38-ci dəqiqəsində “Gəncə”nin futbolçusu Patrik Nukeu kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
