15 mart 2011 13:14
AFFA Ədliyyə`ni ölkə çempionatından sildi
“Ədliyyə” klubu Azərbaycan çempionatının birinci divizionunda iştirakını dayandırdığı üçün klub birinci divizion yarışlarından kənarlaşdırılıb. Azerisport.az xəbər verir ki, son 3 turda meydana çıxmayan klubla bağlı sərt qərar çıxarılıb.
Çoxları komandanın fəaliyyətini bərpa edəcəyini düşünsə də, güman ki, qarşı tərəfdən müsbət cavab ala bilməməsi AFFA-nın da səbr kasasını daşırıb.
Lakin klub birinci divizionda oyunların 50 faizindən çoxunu keçirdiyi üçün iştirak etmədiyi bütün oyunlarda ona 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.
