17 mart 2011 01:38

Real 1/4 finala darmadağınla, Chelsea qolsuz adladı (YENİLƏNİB)

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, bu mərhələnin 4 görüşü ötən həftə keçirilsə də, qalan 4-ü də bu həftə oynanılır.
 
İlk oyun günündə ötən mövsümün finalçıları münasibətlərinə aydınlıq gətirib. Birinci oyunda səfərdə minimal hesablı qələbə qazanmış “Bayern” ÇL-in son qalibini titulsuz qoymağa yaxın olsa da, bu şansdan yararlana bilməyib. Hər halda “İnter”i çətin səfər oyununda məğlub edən almanlar doğma meydanda gözlənilməz də olsa, 1/4 finala çıxa bilməyiblər. "İnter" isə əsl çempiona layiq əzmkarlıq göstərərək, növbəti mərhələyə vəsiqə qazanıb. Günün digər görüşü isə ilk oyunda qolsuz bərabərliyə razılaşan “Manchester United”lə Marsel “Olympique”i arasında baş tutub. Meydan sahiblərinə mütləq qələbə qazanmaq lazım idi ki, onlar bu vəzifənin öhdəsindən gələ biliblər. Fransızlar isə hətta məhsuldar heç-heçə sayəsində də növbəti mərhələyə adlamaq imkanına malik olmasına rəğmən, onların bu arzusunu həyata keçirməyə cəmi 1 qol yetməyib.
 
Son oyun günündə isə diqqətlər daha çox “Real” ilə Fransanın digər “Olympique”i arasındakı qarşılaşmaya yönəlmişdi. Lion təmsilçisi ilk oyunda bərabərə qaldığı rəqibi ilə dueldə sürpriz etmək istəsə də, buna ola bilmədi. Əksinə 3 cavabsız qola sevinən Joze Mourinyonun komandası yoluna darmadağınla davam etdi. “Chelsea” isə ilk oyunda 2 cavabsız qol vurduğu “Copenhagen”in işini elə səfərdə bitirdiyindən, cavab görüşü demək olar ki, formal xarakter daşıyırdı. Məhz bu üzdən idi ki, Londondakı qarşılaşmada tərəflər elə qolsuz heç-heçə ilə kifayətlənməli oldular.
 
Maraq üçün qeyd edək ki, ötən həftə “Tottenham” (İngiltərə), “Barcelona” (İspaniya), “Shakhtar” (Ukrayna) və “Schalke” (Almaniya) 1/4 finala çıxan ilk komandalar olmuşdu.
 
Çempionlar Liqası
1/8 final, cavab oyunları
 
15 mart
 
Bayern (Münhen, Almaniya) – İnter (İtaliya) - 2:3 (ilk oyun, 1:0)
Qollar: Qomes, 21, Müller, 31 - Eto`o, 3, Sneyder, 64, Pandev, 88.
 
Manchester United (İngiltərə) – Olympique (Marsel, Fransa) - 2:1 (0:0)
Qollar: Ernandes, 5; 75 - Braun, 82-öz qapısına.
 
16 mart
 
Chelsea (İngiltərə) – Copenhagen (Danimarka) - 0:0 (2:0)
 
Real (İspaniya) – Olympique (Lion, Fransa) - 3:0 (1:1)
Qol: Marselo, 37, Benzema, 66, Di Mariya, 76.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.