15 mart 2011 15:11
Qarabağ AZAL-la oyunun hazırlıqlarına başladı
“Qarabağ” Premyer Liqanın növbəti turunun AZAL ilə oyununun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, şənbə günü “İnter”lə qarşılaşan Qurban Qurbanovun komandası ertəsi yüngül məşqlə kifayətlənmişdi.
Meydana çıxmayanların 90 dəqiqə məşq etdiyi çalışmada son çempionla görüşdə forma geyinənlər yüngül qaçışla məşq ediblər. Dünən komandanın çalışdırıcısı futbolçulara istirahət verib. Bu gün isə komanda 12:00-da klubun bazasına toplaşaraq AZAl-la oyunun hazırlıqlarına start verib.
Günün tək məşqi “Sərin” kompleksinin meydançasında baş tutub. Aftandil Hacıyev yenidən məşqlərə başlayıb. Müdafiəçi sadəcə yüngül hərəkətlərlə kifayətlənib. Digər zədəli Maksim Medvedevin isə hələ də müalicəsi davam edir.
