15 mart 2011 15:46
Adrian Skarlatake: Gözlənilməyəcək dərəcədə zəif oynadıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Maunel Skarlatake azerisport.az saytına müsahibəsində Premyer Liqanın 23-cü turunda AZAL-a məğlubiyyətdən və qarşıdakı “Neftçi” ilə prinsipial ilə oyundan danışıb.
- Turnir cədvəlinin beşinci pilləsində qərarlaşan AZAL-a məğlubiyyəti necə izah edərdiniz?
- Bu görüşü çox zəif keçirdik. Hətta gözlənilməyəcək dərəcədə zəif oynadıq. Azarkeşlərimiz qarşısında üzr istəyirəm. Biz onları bu şəkildə üzməməliydik.
- Belə zəif oyununuzun səbəbi nədə idi?
- Mənasız qol buraxdıq. Qola kimi heç də pis oynamırdıq. Komandamız bir neçə qol imkanı yaxalaya bilmişdi. Ancaq heyətdəki itkilər də sözünü dedi.
- Kamran Ağayevin yoxluğunu nəzərdə tutursuz?
- O, bizim kapitanımızdı və komanda üçün çox vacib oyunçudu.
- AZAL-ın futbolçularından biri qeyd edib ki, XL-ı taktiki cəhətdən üstələyiblər...
- Bu, onun fikridi. Biz qolu öz səhvimizdən buraxdıq. Əgər öz qol vəziyyətlərimizdən yararlana bilsəydik, çətin ki, onlar qələbə qazana bilərdilər.
- “Neftçi” ilə prinsipial oyun öncəsi bu məğlubiyyət sizi ruhdan sala bilməz?
- Ümid edirəm ki, “Neftçi” ilə oyuna kimi komandamız tam bərpa ola biləcək. Yaxın turlarda bir daha xal itkisi ilə üzləşməyimiz yolverilməzdi. Əks halda biz çempionluq yolunda vəziyyətimizi ağırlaşdıra bilərik.
- Digər tərəfdən “Qarabağ” da yaxınlaşmağa başlayıb...
- Komandamızın baş məşqçisi də bildirib ki, bu komanda çempionatdakı ən çətin rəqiblərimizdən biridi. Onlarla da mübarizə maraqlı olacaq. Rəqibimiz təhlükəlidi, ancaq “altılıq”dayıqsa, bütün bunlara hazır olmalıyıq.
