15 mart 2011 16:42
Neftçi`nin 2 futbolçusu İrlandiya ilə oyuna dəvət aldı
"Neftçi" PFK-nın makedoniyalı futbolçularına yığma komandalarından dəvət gəlib. Azerisport.az xəbər verir ki, Makedoniya yığması 26 martda Aç-2012-nin seçmə mərhələsi çərçivəsində Dublində İrlandiya yığmasının qonağı olacaq.
Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuz bu görüş üçün "Neftçi"nin şərəfini qoruyan İqor Mitreski və Slavço Georgievskini yığma komandanın düşərgəsinə dəvət edib.
