15 mart 2011 19:21
UEFA-dan Yaponiyaya dəstək
UEFA Yaponiyada zəlzələ və sunami nəticəsində həyatını itirən insanların yaxınlarına və bu ölkəyə dəstək vermək qərarına gəlib. Azerisport.az xəbər verir ki, bu günlərdə keçiriləcək bütün qitəmiqyaslı görüşlərdən öncə sözügedən ölkədəki faciənin qurbanları bir dəqiqəlik sükutla yad ediləcək.
Qeyd edək ki, bu haqda qərar Çempionlar Liqasının bu gün və sabah baş tutacaq 1/8 final mərhələsinin qalan cavab oyunları, Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları, eləcə də qadınlar arasındakı Çempionlar Liqasının 1/4 final mərhələsi oyunlarına aiddi.
Bu qərarı rəsmən bəyan edən UEFA prezidenti Mişel Platini həmçinin açıqlamasında bildirib ki, bununla futbol dünyası Yaponiya xalqına kiçicik də olsa, bir təsəlli verməyə çalışır: “Bütün Avropa futbol ailəsi bu addımıyla Yaponiya xalqına dəstək olmağa çalışır. Biz onlara çoxlu güc arzulayırıq ki, bu faciəni aradan qaldıra bilsinlər, bütün problemləri yoluna qoysunlar”.
