15 mart 2011 19:16
“Lənkəranda bir sindroma son qoymuşuq, indi qalır qələbə”
“Neftçi”nin təcrübəli yarımmüdafiəçisi Rəşad Abdullayev qarşıdan gələn “Xəzər Lənkəran” ilə derbi oyunu öncəsi fikirlərini dilə gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Mən bilirəm ki, “Neftçi” bir neçə ildi “Xəzər Lənkəran”a qalib gələ bilmir. Ancaq biz rəqibə qol vurmaqla artıq bir sindromun öhdəsindən gəldik. Biz bunu kubok oyununda qırdıq. İndi ikinci, daha vacibi qalır. Bu da Lənkəranda qələbə qazanmaqdı”.
