15 mart 2011 20:34

Toni Adams: Bunları ingilis jurnalistlər özlərindən uydururlar

Toni Adamsın “Qəbələ”nin baş məşqçisi olmasından sonra ona qonşu ölkələrdən, keçmiş MDB ölkələrindən kifayət qədər böyük maraq var. Azerisport.az məhz qonşu Rusiyadan olan jurnalistlərin ondan aldığı son müsahibəni təqdim edir.
 
Maraq üçün qeyd edək ki, Britaniya mətbuatı Toni Adamsın hazırkı işindən yazarkən, onun burdakı şəraitinin ürəkaçan olmamasından, Qəbələdə darıxdırıcı həyat sürməsindən, həmyerlilərinin ölkəmizdə heç nəyə nail ola bilməyəcəyindən yazır. İngiltərəli mütəxəssis rusiyalı həmkarlarımıza müsahibəsində isə bunların hamısını təkzib edib:
 
“Mən bu haqda heç nə deməmişəm. Sadəcə ingilis jurnalistlər həmişəki kimi özlərindən uydurublar. Halbuki, mənim komandanı sıfırdan yığıb, istədiyim kimi formalaşdırmaq çox xoşuma gəlir. Bu çox əladı. Burdakı işim sırf mən istəyən kimidi. Mən “Qəbələ”də baş məşqçilikdən əlavə faktiki olaraq texniki və idman direktoru vəzifələrini yerinə yetirirəm. Bu, mənim üçün çox böyük təcrübədi. Məndən tez-tez soruşurlar ki, sən Qəbələdə darıxmaqdan ölmürsən ki? Ancaq mənim burda darıxmağa vaxtım olmur. Çünki səhərdən axşama kimi işləyirəm. Və ən vacibi odu ki, mən rəhbərlik tərəfindən hər cür dəstək görürəm. Ferqyuson mənim haqqımda belə demişdi: “Toni, öz klubunu tapmağa çalışma. Öz prezidentini tap”. Bu planda “Qəbələ” mənim üçün ən ideal variantdı”.
 
- Sizin burda 5-10 il qalacağınıza dair dedikləriniz nə dərəcədə doğrudu?
- Bunu da ingilis jurnalistlər fikirləşiblər. Mən elə deməmişəm. Hər şey çox sadədi. Mənim “Qəbələ” ilə 3 illik müqaviləm var. Bu müddətdə biz stadion tikməliyik, çempionluğu qazanmalıyıq. Ən əsası isə mənsiz də uğurlu fəaliyyətini davam etdirə biləcək klub yaratmalıyıq. Sonra isə mən Avropaya qayıtmaq istəyirəm. Hansı ki, bütün təşkilatçılıq işləri yüksək səviyyədə olsun, mənsə sadəcə sırf məşqçilik işimlə məşğul olum.
 
- Zaqafqaziyada qonağı adətən spirtli içkilərə qonaq edərlər. Sizə burda işləmək çətin deyil ki?
- Amma mənə belə şey təklif etmirlər. Çünki yaxşı bilirlər ki, Toni Adams içsə, necə dəhşətli olar (gülür). Kimsə mənimlə qeyri-rəsmi şəraitdə söhbət etmək istəsə, onunla çay da içə bilərəm. Hansı ki, burda o, çox dadlıdı. Demək olar ki, 14 ildən çoxdu ki, içmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.