15 mart 2011 12:18
Yığmamızın Belçika ilə oyununa artıq 9000 bilet satılıb
Martın 29-da AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Belçika – Azərbaycan matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq millimizin bu rəqibiylə görüşünü izləmək istəyənlərin sayı 9 mini keçib.
Belə ki, Brüsseldə keçiriləcək qarşılaşmada məhz bu qədər biletin satıldığı bildirilir. Lakin oyuna kimi bu göstəricinin artacağı istisna deyil.
