15 mart 2011 13:00
Dünya bu qoldan danışır (VİDEO)
Almaniya Bundesliqasının ötən həftəsonu baş tutan 26-cı turunun “Schalke” – “Eintracht” görüşü möhtəşəm qolla yadda qaldı. Azerisport.az xəbər verir ki, meydan sahiblərinin 1:0 hesabıyla öndə olduğu vaxtda qonaqların yunan müdafiəçisi Georgios Tsavellas təxminən 73 metr məsafədən çox original bir qola imza atıb. Onun bu qolu komandasının sonda meydanı 1:2 hesabıyla məğlub tərk etməsinə mane olmasa da, Almaniya çempionatları tarixində ən uzaqdan vurulan qol kimi fərqlənib.
