15 mart 2011 00:44

Georgi Adamiya: Nasimovu qabaqlamaq istəyirəm

“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya azerisport.az saytına müsahibəsində “İnter” üzərində qazandıqları qələbədən, öz oyunundan və “altılıq”dakı şanslarından danışıb.
 
- “İnter” üzərindəki zəfəriniz komandanızın 8-ci ardıcılı qələbəsi kimi yadda qaldı...
- “Altılıq”da bütün oyunlar vacibdi.  Buna görə də elə ilk turdan qələbə qazanmağı çox istəyirdik. Bütün komanda qələbəyə köklənmişdi. Hesab edirəm ki, “İnter” üzərində layiqli qələbə qazandıq, əla oyun sərgilədik. Bu üç xal bizə medallar uğrunda mübarizədə çox kömək edəcək. Yaxşı ki, “altılığ”a qələbə ilə başlaya bildik. Qalan görüşlərdə də biz maksimum xal toplamağa çalışacağıq.
 
- Bəlkə, “İnter” zəif oynadığı üçün belə qələbə qazandız?
- “İnter” son Azərbaycan çempionudu. Bu komanda bizə asan təslim ola bilməzdi. Onlar yenə öz oyunlarını göstərdi, lakin biz daha güclü idik. Biz bütün komponentlərdə rəqibi üstələyə bildik və iki dəfə rəqib qapısına yol tapdıq. Fikrimcə, artıq növbəti oyunu düşünməliyik.
 
- Bütövlükdə komandanızın 8 oyunluq qələbə seriyasının sirri nədədi?
- Biz turnir cədvəlində neçəni yerdə olmağımız haqda düşünmürük. Biz hər dəfə meydana sonuncu oyuna çıxırmış kimi baxırıq. Allah eləsin ki, qələbə seriyamızın davamı gəlsin. Çempionatın sonunda ilk üçlükdə qərarlaşmaq istəyirik. Buna görə də mümkün qədər çox xal toplamağa borcluyuq.
 
- Bir neçə oyununuzu Quzanlıda keçirə bilərsiz. Sizcə, bu, komandanın daha yaxşı oynamasına şərait yarada bilər?
- Quzanlıda tamamilə fərqli ab-hava olur. Stadion tam dolur, azarkeşlərimiz komandanın qələbəsi üçün hər şeyi edirlər. Biz özümüzü evdəki kimi hiss edirik. Orda motivasiya da yüksək olur. Quzanlıda oynamaq yaxşı ideyadı. Sadəcə orda bizə hazırlaşmaq çətindi. Yaxşı hazırlaşmaq üçün şərtlər elə də yaxşı deyil. Bakıda isə həmin şərtlər bir qədər yaxşıdı.
 
- “Neftçi”dəki ilk mövsümünüzdə 10 qol vurmuşdunuz. “Qarabağ”da isə bu mövsüm artıq 11 qol vurmusuz. Azərbaycandakı ən yaxşı mövsümünüzü keçirməyinizlə bağlı fikirlərlə razısız?
- Ola bilər. Mənim karyeramı siz yaxından izləyirsiz və yəqin ki, daha yaxşı bilirsiz. Son zamanlar mən özümü daha yaxşı hiss edirəm, hər oyunda qol vurmağa çalışıram. Komandamızın qələbəsi mənim üçün çox vacibdi.
 
- Hazırda çempionatın bombardiri Bahodir Nasimovdu. Ancaq hesabında 15 qolu olan “Neftçi”nin bu hücumçusunu qabaqlamaq şansınız var...
- Birinci yerə çıxmağa çalışıram. Mən hər oyunda qol vurmağa çalışıram ki, “Qarabağ” qələbə qazansın. Axı qol vurmasan, qələbə qazana bilməzsən. Ancaq çempionatın bombardirinin kim olacağını heç kim bilmir. Yenə də qol vurmağa davam etmək istəyirəm, hətta Nasimovu keçənə qədər. İndidən isə dəqiq heç nə demək olmaz.
 
- “Qarabağ”ın növbəti rəqibi AZAL-dı. Hansı ki, son turda “Xəzər Lənkəran”a qalib gəldi...
- AZAL möhkəm qozdu. Bizim onlarla oyunlarımız həmişə ağır olur. Bu mövsümkü oyunlarımızdan birində uduzmuşuq, digərində isə heç-heçə qeydə alınıb. Rəqibi qiymətləndirməmək olmaz. Onlar əks-hücumlarda çox gözəl oynayırlar. Rəqibin səhvlərindən yararlanmağı bacarırlar. Buna görə də onlarla görüşümüz çox çətin olacaq. Amma bizə istənilən halda növbəti 3 xalı qazanmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.