15 mart 2011 12:46

Qəbələ Rusiyada turnirə dəvət olundu

“Qəbələ” Futbol Klubunun 15 yaşa qədər futbolçularından ibarət komandası Rusiyanın tanınmış futbolçusu və məşqçisi Valentin Bubukinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək məqsədilə martın 20-də Soçi şəhərinə yola düşəcək. Azerisport.az xəbər verir ki, Rusiya Futbol İttifaqının bayrağı altında bu il üçüncü dəfə təşkil olunacaq turnirdə komandalar 8 yaş qrupu üzrə mübarizə aparacaqlar.
 
Birincilikdə 12 ölkədən təmsilçilərin iştirakı gözlənilir. Artıq “Qəbələ” ilə eyni yaş qrupunda mübarizə aparacaq komandaların adları məlumdur. Qruplar müəyyənləşməsə də, təmsilçimizin aşağıdakı kollektivlərlə qarşılaşmaq ehtimalı var: UGİM Vladivastok, “Qazprom” (Həştərxan, Rusiya), “Naşa Kampaniya” (Astana, Qazaxistan), “Vostok” (Xabarovsk, Rusiya), “Yunost” (Vladiqafqaz, Rusiya), Dağıstan yığması, “Siqnal” (Çelyabinsk, Rusiya), “Torpedo” (Vladimir, Rusiya), “Məşəl” (Daşkənd, Özbəkistan), “Pobeda-1” (Xasavyurt, Rusiya), “Master-Saturn” (Yeqorevsk, Rusiya), “Nijniy Novqorod” (Nijniy Novqorod, Rusiya), “Jemçujina” (Soçi, Rusiya), “Zvezda Znamensk” (Həştərxan, Rusiya), “Mitino” (Moskva, Rusiya), “Spartak” (Nalçik, Rusiya), “Drujba” (Sankt-Peterburq, Rusiya), “Timiryazevets” (Moskva, Rusiya), “Kubanoçka” (Krasnodar, Rusiya).
 
Turnirə 28 nəfərlik heyətlə yollanacaq kollektivə “Qəbələ” Futbol Akademiyasının direktoru Ali Yavaş başçılıq edəcək. Komanda 7 gün davam edəcək turnir boyunca birinciliyin keçiriləcəyi Daqomıs kompleksində yerləşən “Olimpiyski” otelində məskunlaşacaq.
 
“Qəbələ” Soçiyə aşağıdakı futbolçu heyəti ilə yollanacaq:
 
Qapıçılar: Əli Həsənli, Mikayıl Qasımov;
Müdafiəçilər: Vəzir Musayev, Feyruz Mustafayev, Elgün Hüseynli, Elməddin Muradov, Bəhram Mehdizadə, Orxan Mehrəlizadə;
Yarımmüdafiəçilər: Ümid Səmədzadə, Zöhrab Əlizadə, Nəsrulla Süleymanov, Qismət Əliyev (k), Seyidrazi Ağayev, Rəhman Şabanov, Tərlan Əhmədov, Həzi Hümbətli, Yusif Dilanov;
Hücumçular: İlkin Mehdiyev, Ehtiram Şahverdiyev

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.