16 mart 2011 13:48
Galatasaray`ın oyunçusuna həbs cəzası kəsildi
Türkiyənin “Galatasaray” klubunun oyunçusu Kolin Kazıma həbs cəzası kəsilib. Azerisport.az xəbər verir ki, buna onun Fransada törətdiyi hadisə səbəb olub.
Qardaş ölkənin “Sabah” qəzetinin xəbərinə görə, “sarı-qırmızılar”ın qışda “Fenerbahçe”dən aldığı ulduz futbolçu, Fransanın “Toulouse” komandasında icarə əsasında çıxış etdiyi dönəmdə polisi təhqir edibmiş. Məhz buna görə məhkəməyə verilən Kazıma cəza indi açıqlanıb.
Bu hərəkətinə görə Kazımı iki ay həbs cəzası və 3 min avro pul cəriməsi gözləyir.
