16 mart 2011 14:30
Anji`dən Neftçi`yə təşəkkür məktubu
Rusiyanın "Anji" klubundan "Neftçi" PFK-ya məktub daxil olub. Azerisport.az xəbər verir ki, məktubda Rusiya təmsilçisinin rəhbərliyi Mahir Şükürovun "Neftçi"nin məşqlərinə qatılmasına etiraz etmədiklərini qeyd ediblər.
Həmçinin məktubda, "Anji" rəhbərliyi yığmamızın üzvü Mahir Şükürova belə şərait yaratdığı üçün "Neftçi" klubunun rəhbərliyinə dərin minnətdarlığını bildirib.
