16 mart 2011 16:22
Xəzər Lənkəran Neftçi ilə oyuna itkisiz hazırlaşır
“Xəzər Lənkəran” “Neftçi” ilə derbi matçına hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Mirça Rednikin komandası “Böyük oyun”a tam heyətlə çıxa biləcək.
Buna komandanın zədəli futbolçularının artıq sağalması şərait yaradıb. Belə ki, “Neftçi” ilə martın 8-də baş tutan kubok oyununda beyni silkələnən Kamran Ağayev və həmin matçı zədə səbəbindən ilk yarıda tərk etməli olan Uinston Parks artıq tam gücü ilə məşqlərə başlayıb. AZAL-la matçı buraxan futbolçular martın 18-də baş tutacaq “Böyük oyun”da meydanda olacaq.
Komandanın digər zədəli futbolçusu Dieqo Souza da artıq tam sağalıb. Məşqlərə başlayan braziliyalı yarımmüdafiəçi baş məşqçi Mirça Rednikdən şans gözləyir. Ruslan Poladov isə hələlik yüngül məşqlərlə kifayətlənir.
