16 mart 2011 16:31
AZAL Draqan Mandiçi vətəninə göndərdi
AZAL-ın serb legioneri Draqan Mandiç vətəninə gedib. Azerisport.az xəbər verir ki, fevralın 12-də keçirilən AZAL - "Gəncə" oyununda bel nahiyəsindən ağır zədə alan futbolçu uzun müddət müalicə olunmalıdı.
Mandiçi müayinə edən həkimlər bu zədənin kifayət qədər ciddi olduğunu bildirib və futbolçunun bir müddət məşqlərdən kənarda qalmasını məsləhət görüblər. Bunu nəzərə alan klub rəhbərliyi Mandiçin ailəsinə baş çəkmək və müalicəsini Serbiyadadavam etmərklə bağlı xahişinə müsbət cavab verib.
Sonda qeyd edək ki, 2005-ci ildən AZAL-da çıxış edən və komandanın veteranlarından olan yarımmüdafiəçi martın axırında Bakıya dönəcək.
