16 mart 2011 16:54
Azərbaycan millisi Qvineya və Rusiya ilə üz-üzə
Xəbər verdiyimiz kimi, martın 22-dən 30-a qədər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, toplanış çərçivəsində yığmamız 3 yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, hər üç oyun Marbelya Futbol Mərkəzində keçiriləcək. Azərbaycan U-21 – UD Marbelya oyununun başlanma vaxtı hələlik dəqiqləşməyib. Qeyd edək ki, digər oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
24 mart, saat 19:00
Azərbaycan U-21 – Qvineya U-21
26 mart
Azərbaycan U-21 – UD Marbelya (III divizion, əsas komanda)
29 mart, saat 19:00
Azərbaycan U-21 – Rusiya U-21
