16 mart 2011 18:14

Valeri Abramidze: Birlik Kuboku öz təsirini göstərir

“İnter”in müdafiəçisi Valeri Abramidze azerisport.az saytına müsahibəsində komandasının son uğursuzluqlarından danışıb, "altılıq"dakı və "Bakı" ilə qarşıdakı oyunda şanslarını dəyərləndirib.
 
- “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilmiş “Böyük oyun” haqda sizin fikrinizi vilmək maraqlı olardı. Axı siz hər iki komandada oynamısınız...
- Oyunu şərh etməyəcəm. Mənim öz komandam var və məni ancaq bu maraqlandırır. Siz məndən azarkeşlik etdiyim Münhen “Bavariya”sı və ya çıxış etdiyim Bakı “İnter”i haqda soruşa bilərsiz. Digər komandaların oyununu isə şərh edə bilmərəm.
 
- Bəs “Qarabağ”a məğlub olduğunuz oyun haqda nə deyərdiniz?
- “Altılıq”da ilk oyunu məğlub başa vurduq. Ancaq bundan faciə düzəltmək lazım deyil. Oyun baxımından onlardan geri qalmırdıq. Sadəcə səhvlərə yol verdik və nəticədə də qol buraxdı. Təəssüf ki, nəticə büzim üçün qənaətbəxş alınmadı. Bir məğlubiyyətdən sonra dayanmaq olmaz. “Altılığ”ın oyunları hələ təzə başlayır. Növbəti oyunlarda kimin və necə oynayacağı hələ məlum deyil.
 
- “İnter” - “Qarabağ” oyununa baxanların əksəriyyəti ağdamlıların qələbəyə layiq olduğunu düşünür...
- Aydındı ki, qalib həmişə qələbəyə layiqdi. Əgər “İnter” qalib gəlsəydi, eyniylə bunu deyəcəkdilər. “Qarabağ” da səhvlər buraxdı. Ancaq biz onlardan istifadə edə bilmədik. Biz öz səhvlərimizi görürdük və bunların düzəltmək üzərində işləyəcəyik. Azərbaycan çempionu daha yaxşı oynamalıdı. Ona görə də bir məğlubiyyətdən sonta bütün itləri üstümüzə buraxırlar.
 
- Ola bilərmi ki, bütün bunlar “Birlik kuboku”ndakı iştirakınız ucbatındandı?
- Düşünmürəm ki, “İnter”in futbolçuları bu turnirdə qələbəyə görə rahatlaşıblar. Sadəcə Azərbaycan komandalarında belə bir sindrom var ki, bu yarışda qələbədən sonra daxili çempionatda dərhal özünə gələ bilmirlər. Hər halda turnir öz təsirini göstərir. Qrafik sıx idi. Bu isə, komandaya təsir etməyə bilməz. İndi biz bu sindromu qırmağa çalışırıq.
 
- “Qarabağ”a məğlubiyyətdən sonra komandanız üçüncü pillədən daha da uzaqlaşdı...
- Bizim hələ də minimum tapşırığımız qalır - avrokuboklara düşmək. Çempionluğa şanslarımız da hələ ki, var. “İnter” mütləq avrokuboklara düşməlidi və mən inanıram ki, belə də olacaq. Əgər bunu edə bilməsək, onda bu, həm komanda, həm azarkeşlər üçün faciə olacaq.
 
- Komandanın çempionluğa şanslarının azlığını etiraf etmək lazımdırmı? Axı “Neftçi” ilə fərq 11 xaldı...
- İlk altılığın bütün komandalarınını şansları var. Heç kim bu mərhələnin bütün oyunlarını uda bilməz. Hələ ki, heç kim özünə çempionluğu təmin etməyib. Bunun üçün qalan 9 turda uğurlu oynamaq lazımdı. “Altılığ”ın istənilən komandası qarşıdakı bütün oyunlarda qələbə qazanaraq çempion ola bilər.
 
- “İnter”də çox vaxt pis oyununa görə tənqid olunan çoxlu legioner var. Bəzilər komandada artıq bir neçə ildir çıxış edir, ancaq nəticələr çox da sevindirmir...
- Əgər futbolçu bir komandada bir neçə mövsüm ərzində çıxış edirsə, bu, yaxşıdı. Məsələn, “Milan”da 10 ildən çox çıxış edən futbolçular var. Bizim komandada məşqçi heyəti və rəhbərliyin razı qaldığı futbolçular oynayır. Sadəcə bir məğlubiyyətdən sonra demək olmaz ki, komanda heç nə bacarmır. “İnter” hələ özünü göstərəcək.
 
- Növbəti turda siz “Bakı”ya qarşı oynayacaqsınız. Qarşıdakı oyun haqda nə deyə bilərsiniz?
- Bu, ilk turun iki bəxtsiz komandasının oyunu olacaq. “İnter” - “Bakı” qalib gəlməli olduğumuz derbidi. Bu komanda ilə son iki oyun bizm üçün uğurlu başa çatıb. Elə etməyə çalışacağıq ki, üçüncü dəfə də belə olsun. Bu oyunda qələbə hər iki komandaya lazımdı. Məğlub olmuş komanda üç xaldan da artıq itirəcək. Çoxları düşünür ki, əgər çempionatın liderləri xal itirirsə bu, yaxşıdı. Ancaq hesab edirəm ki, ilk növbədə öz komandamın qələbəsi haqda düşünmək lazımdı. Əvvəlcə biz öz işimizi görməliyik və daha sonra turnir cədvəli haqda düşünməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.