16 mart 2011 20:26
İbrahim Banqura: Neftçi ilə xal fərqi belə olmamalıdı
“Xəzər Lənkəran”ın hücumçusu İbrahim Banqura Premyer Liqanın 24-cü turunda qarşılaşacaqları “Neftçi” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, prinsipial rəqiblə görüş öncəsi bunları dilə gətirib:
“Hamı bilir ki, bu oyun nə qədərə vacib oyundu. AZAL ilə oyundakı xal itkisindən sonra “Neftçi” bizimlə xal fərqini 4-ə çıxardı. Biz layiqli oyunla onları məğlub etmək və fərqi azaltmaq istəyirik. Buna görə də “Neftçi” ilə oyun bizim üçün çox vacibdi. Çempionluq yolumuzu davam etdirmək istəyirik. Birinci pillədəki rəqiblə xal fərqi belə olmamalıdı. Buna görə də biz “Neftçi” ilə oyunda qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Hansı ki, son vaxtlar onlara qarşı tez-tez oynamalı oluruq”.
