16 mart 2011 12:06

Leviqa: Bu baxımdan Azərbaycan çempionatı Ukraynadan daha yaxşıdı

“Bakı”nın hücumçusu Ruslan Leviqa azerisport.az saytına müsahibəsində “Neftçi” ilə son oyun və “altılıq”dakı şanslarından danışıb.
 
- “Neftçi” ilə son oyununuz haqda nə deyə bilərsiz?
- Rəqibimiz çox yaxşı komandadı. Hazırda çempionatda birinci pillədə getmələri hər şeyi deyir. Onlarla oyunumuz çətin alındı. Öz səhfimizdən qol buraxdıq. Halbuki, oyuna nəzarət edən tərəf biz idik. Topu daha çox özümüzdə saxlaylrdıq. Ancaq təəssüf ki, ələ düşən imkanları lazımınca dəyərləndirə bilmədik. Qapıya çox az zərbə vura bildik.
 
- Jabanın qapıçıyla üz-üzə qaldığı mübahisəli vəziyyətlə bağlı sizin fikriniz necədi? Orda penalti var idi?
- Bəli. Elə bu gün həmin epizoda baxdıq. Orda yüz faiz penalti təyin edilməli idi. Ancaq hakim səhvə yol verdi. Sonra da künc zərbəsi təyin etdi. Halbuki, top Jabadan çıxmışdı. Fikrimcə, orda sadəcə hakim səhvi vardı.
 
- Uyğunlaşma dövrünüz necə keçir? Yeni komandaya, çempionata alışa bilmisiz?
- Komanda mənim çox xoşuma gəlir. Rəhbərlik yaxşıdı, bazası gözəldi. Futbolçu üçün hər cür şərait var. Tezliklə çempionatda qısa fasilə yaranacaq. Biz də bundan istifadə edib Türkiyəyə təlim-məşq toplanışına gedəcəyik. Orda iki Superliqa klubu ilə yoldaşlıq oyunu da keçirmək istəyirik.
 
- “Bakı”nın medallara şansı var?
- Birinci və ikinci yerdən əhəmiyyətli dərəcədə geri qalırıq. Ancaq biz təslim olmayacağıq və sona kimi döyüşəcəyik. Bizim həm də Azərbaycan kubokunda qalib olmaq şansımız var. Avrokuboklara düşmək üçün bu şansımızdan da maksimum istifadə etməliyik. Çempionatda da hər oyuna 3 xal üçün çıxacağıq.
 
- Yeri gəlmişkən, kubokdakı rəqibiniz “Xəzər Lənkəran”dı...
- Məncə, bu haqda indidən danışmaq hələ tezdi. Bu oyuna hələ vaxt var. İndi biz qarşıdakı “İnter”lə oyunu düşünürük. Hansı ki, bu oyuna çox ciddi hazırlaşırıq. XL haqda məhz oyun ərəfəsində düşünməli olacağıq.
 
- Bəs “İnter”lə oyundakı şanslarınızı necə dəyərləndirərdiz?
- Bilirən ki, bu komanda Azərbaycan çempionudu. Orda vaxtilə Odessa “Çernomorets”ində mənimlə birgə çıxış etmiş Kaxaber Mjavandze çıxış edir. Məqsədimiz qələbə qazanmaqdı. Məlum olduğu kimi, son oyunlarda birdən artıq qol vurmuruq. Ümid edirəm ki, bu dəfə ələ düşən imkanlardan daha çox yararlana biləcəyik.
 
- Bəs siz nə vaxt qol vurmağa başlayacsız?
- Mən də bunu çox istəyirəm. Komandada məni yaxşı qarşıladılar, hər kəslə gözəl münasibətlərim var. Uyğunlaşma dövrü başa çatan kimi qol vuracağıma da inanıram. Axı qol həm də özünəinam üçün çox lazımdı.
 
- Bu vaxta kimi Ukrayna və Qazaxıstan çempionatında da top qovmusuz. Bizim çempionatla onlar arasında nə kimi fərqlər var?
- Hər biri fərqli çempionatlardı. Ancaq onu deməliyəm ki, Azərbaycan futbolunun səviyyəsi yaxşıdı. Burda hər bir komanda digərinə müqavimət göstərə bilir. Məsələn, Ukraynada qızıl medallar uğrunda faktiki olaraq iki komanda mübarizə aparır “Dinamo” və “Şaxtyor”. Azərbaycanda isə bu baxımdan vəziyyət fərqlidi. Burda 6 komandanın hər bir qızıl medallara namizəddi və hələ də heç nə məlum deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.