16 mart 2011 11:47
UEFA AFFA rəsmisini Türkiyə yığmasının oyununa təyin etdi
AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də keçiriləcək Türkiyə – Lixtenşteyn oyununun UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.
Qeyd edək ki, qarşılaşma Sivas şəhərindəki 4 Eylül stadionunda keçiriləcək.
