16 mart 2011 12:39
Berti Foqts Beşiktaş`a gedə bilər
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi ola bilər. Azerisport.az xəbər verir ki, Bernd Şusterin istefasından sonra yeni baş məşqçi axtarışına çıxan “qara qartallar” millimizin almaniyalı çalışdırıcısının da xidmətində maraqlıdılar.
Qeyd edək ki, Foqts indiyə qədər daha çox yığma komandalarda çalışıb. Onun klub karyerasında yalnız Leverkuzen “Bayer”ini çalışdırdığını görə bilərik.
