16 mart 2011 00:46

Şükürov: Anji`nin futbolçusuyam, burdakı çıxışımı davam etdirmək istəyirəm

Yığma komandamızın və Rusiyanın “Anji” klubunun yarımmüdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində “Neftçi”nin heyətində hazırlıq keçməsindən və Mahaçqala klubundakı durumundan danışıb.
 
- Artıq iki gündü Bakıdasız. “Anji”nin məşqçilər korpusundan icazə almısız?
- Bəli, onlardan xahiş etdim ki, yığmanın oyununa hazırlığıma şərait yaratsınlar. Mənim kiçik zədəm vardı və “Neftçi”nin həkimi Boris Xetaqurov müayinə etdikdən sonra bildirdi ki, artıq məşqə başlaya bilərəm. Əlbəttə ki, hələlik özümü çox yükləmirəm.
 
- Belçikaya qarşı oynaya biləcəksiz?
- Mən elə buna görə məşq edirəm ki, formamı bərpa edim. Bizi Brüsseldə çox çətin oyun gözləyir. Biz hər şeyi edəcəyik ki, heç olmasa bir xal qazanaq. Onların nə dərəcədə güclü olduğunu adicə yoldaşlıq matçında Rusiya üzərində qələbə qazanmaları göstərir.
 
- Hazırda zədən nə yerdədu? Ümumiyyətlə, bu aqibətlə necə qarşılaşdız?
- Ciddi heç nə yoxdu. Türkmənistandakı turnir zamanı zədələndim. Daha sonra Mahaçqalada müalicə olundum. Bir həftədən çox məşq etmədim. Özünüz bilirsiz ki, bu, futbolçu üçün çox böyük itkidi. Özü də mövsümün əvvəlində.
 
- Çoxları iddia edir ki, artıq sizin Mahaçqala klubundakı karyeranız başa çatıb...
- Mən “Anji”nin futbolçusuyam və bu komandadakı çıxışımı davam etdirmək istəyirəm. Ötən mövsüm mən 20 oyun keçirdim. Bu, ümumi oyunlarımızın 75 faizi deməkdi. Qışda bir çox klublardan təkliflər alsam da, mən danışıqların heç birini qəbul etmədim. Öz gələcəyimi “Anji”də görürəm.
 
- Onda bu informasiyalar hardandı?
- Mənlə əlaqə saxlayan hər klubu rəhbərliyin üstünə göndərirdim. Çünki mənim klubumla müqaviləm var. Hacı Hacıyevin ona lazım olduğumu deməsindən sonra ümumiyyətlə, getməyəcəyimi dəqiqləşdirdim.
 
- Ancaq bundan sonra əsas heyətə düşməyiniz daha çətin olacaq...
- “Anji”də heç bir futbolçunun əsas heyətdəki yeri təmin olunmayıb. Bizdə böyük rəqabət var. Hər futbolçu öz üzərində çox çalışır. Mən hələlik öz ideal formamdan uzağam. Ancaq bu çatışmazlığı aradan qaldırmağa çalışıram, vəziyyət dəyişəcək.
 
- “Anji”də hazırda heç bir maliyyə problemi yoxdu, eləmi?
- Bəli, futbolçuların artıq belə şeylərə görə başı ağrımır. Sadəcə oynamaq qalır.
 
- Roberto Karlosun gəlişini necə dəyərləndirərdiz?
- Bu, azarkeşlərimiz üçün əsl hədiyyə oldu. Karlos peşəkardı. Özünü çox sadə aparır, ulduzluğunu qətiyyən biruzə vermir. Oyun planında onun rolu çox böyükdü. Artıq hamıyla normal münasibət qura bilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.