17 mart 2011 00:01
Neftçi üçün Böyük şans və ya Qarabağ ikinci ola biləcəkmi?
Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, millinin AÇ-2012-nin seçmə mərhələsindəki Belçika ilə qarşıdakı oyunu səbəbindən bir qədər irəli çəkilən turun ilk oyun günündə cəmi bir qarşılaşma baş tutacaq.
Cümə axşamı keçiriləcək yeganə qarşılaşmada “Muğan” “Qəbələ”ni qəbul edəcək. İkinci altılığın liderləri hesab olunan komandaların duelinə maraq heç də az deyil. Rəqibindən cəmi iki xal geri qalan Salyan klubu ev matçında qələbə qazanmaqla, zirvəni ələ keçirmək istəyir. “Qəbələ” isə məhz bu rəqibinə uduzduğu üçün, ilk altılıqdan kənar qalmışdı ki, indi həmin qisasını almağa çalışacaq. Maraq üçün xatırladaq ki, təsnifat mərhələsində evdə keçirilən oyunda 2:0 hesablı qələbəyə sevinən Toni Adamsın komandası cavab görüşündə minimal hesablı məğlubiyyətlə üzləşmişdi.
Hesabat turunun qalan bütün 5 oyunu isə cümə gününə təsadüf edəcək. İkinci altılıqda qərarlaşan digər komandalardan sonuncu pillədə qərarlaşan MOİK səfərdə “Turan”ın qonağı olacaq. Təhlükəli zonadan uzaqlaşmağa çalışan Tovuz klubu dogma azarkeşlərinin gözü qarşısında keçiriləcək qarşılaşmadan itkisiz ayrılmaq istəyir. Hansı ki, təsnifat mərhələsində buna nail ola bilib. Naci Şensoyun komandası həmin görüşlərin hər ikisində 2 cavabsız qolla qələbə qazanmışdı ki, yenə uğur qazanacağı şübhə doğurmur.
Digər autsayder “Simurq” isə səfərdə “Gəncə”nin qonağı olacaq. Qyokou Haciyevskinin komandası cari mövsüm çox uğursuz çıxış etsə də, gəncəlilər üçün əsl başağrıdı. Fuad İsmayılovun yetirmələri ilk dövrədə bu rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşmaq məcburiyyətində qalmışdı. Cavab görüşü isə qolsuz tamamlandı. İndi “Gəncə” onsuz da hər rəqibinə uduzan bu rəqiblə dueldəki qələbəsiz seriyaya son qoymağa çalışacaq. “Simurq” isə zirzəmidən qurtulmaq, vəziyyətini yaxşılaşdırmaq üçün mütləq xal və ya xallar qazanmalıdı.
İlk altılıq oyunlarına gəlincə, şübhəsiz turun mərkəzi görüşü Lənkəranda keçiriləcək. Zirvədəki mövqeyini qorumaq uğrunda mübarizə aparan “Neftçi” səfərdə əsas izləyicisi “Xəzər Lənkəran”ın qonağı olacaq. Ötən tur AZAL-a uduzmaqla vəziyyətini pisləşdirən cənub təmsilçisi indi yaranmış 4 xallıq fərqi dogma meydanda keçiriləcək qarşılaşmada qələbə qazanmaqla aradan qaldırmağı hədəfləyir. Hansı ki, təsnifat mərhələsindəki ev oyununda buna nail ola bilmişdi – 1:0. Bu komandalar arasındakı Bakıda baş tutan cavab görüşündə qapılara qol vurulmamışdı – 0:0.
“Neftçi” isə isəfərdə qələbə qazanıb, “6 xallıq” üstünlük əldə etməyə çalışmaqla yanaşı, ən azı heç-heçə edib, hazırkı üstünlüyünü qorumağı hədəfləyir. Hər halda heç-heçə Mirça Rednikin komandasından daha çox Arif Əsədovlu “ağ-qaralar”ın işinə yarayacaq. Digər tərəfdən bakılılar həm də kubokdakı uğursuzluğun əvəzini çıxmağa çalışacaq. Məlum olduğu kimi, ölkə kubokunun 1/4 finalında bu iki komanda üz-üzə gəldi və ilk oyunda əzəli rəqibini 4:3 hesablı möhtəşəm qələbə qazanan cənublular cavab görüşündəki 1:1 hesablı heç-heçə ilə “Neftçi”ni mübarizədən kənarlaşdırdı. Göründüyü kimi, cari mövsüm 4 dəfə üz-üzə gəlmiş tərəflərin mübarizəsində 2 qələbəsi olan “Xəzər Lənkəran” digər oyunlardakı heç-heçə sayəsində də üstünlüyə malikdi. Lakin Premyer Liqada “Neftçi” hələlik onlar üçün əlçatmazdı və sabahkı qarşılaşmanın bu baxımdan nə kimi dəyişikliyə səbəb olacağı maraq doğurur.
Artıq 8 oyunluq qələbə seriyasına malik olan “Qarabağ” bu tur AZAL-la qarşılaşacaq. Ötən tur XL üzərindəki qələbəylə özündən söz etdirən Nazim Süleymanovun komandası cari mövsüm Ağdam klubuna da qalib gəlib. Ev oyununda 2 cavabsız qolla qələbə qazanan “təyyarəçilər” səfər matçında da qolsuz heç-heçəyə imza atmışdı. Məhz bu üzdən Qurban Qurbanovun komandası mütləq bu dəfəki qarşılaşmada qələbə qazanmaqla, seriyasını da 9-a çatdırmaq istəyir. Axı qazanılan qələbə ağdamlıları ikinci pilləyə də yüksəldə bilər. Elə “Qarabağ” XL-ın məğlub olmasını arzuladığı kimi, AZAL da “İnter”in “Bakı”ya yenilgisini arzulamaqla, 3 xal qazanıb, 1 pillə irəliləməyi hədəfləyib.
Ən nəhayət, paytaxt derbisi – “İnter” – “Bakı” görüşü barədə. Cari mövsüm heç də uğurlu çıxış etməyən “zolaqlılar” hələ sabiq baş məşqçi Vinfrid Şeferin vaxtında qarşılaşdığı bu rəqiblə duellərdə məğlub olmuşdu – 0:1 və 1:2. İndi Aleksandr Starkovlu paytaxt klubu derbidə son çempiondan qisas almağa çalışacaq. Lakin “İnter”in də son dövrlərdə işləri qaydasında getmir və növbəti ardıcıl məğlubiyyət Kaxaber Sxadadzenin krelosunu laxlada bilər.
Maraq üçün qeyd edək ki, son dövrlər hakimlərə artan təzyiqlər səbəbindən Hakimlər Komitəsi təyinatları açıqlamayıb. Ötən mövsüm olduğu kimi, yenə hakimləri toplanışa yığıb, gizli məkanda saxlayan AFFA yəqin ki, təyinatları məhz oyun saatında açıqlayacaq.
Azərbaycan Premyer Liqası
24-cü tur
17 mart
Muğan – Qəbələ
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. “Şəfa” stadionu. Saat 14:00.
18 mart (cümə)
Gəncə – Simurq
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
Turan – MOİK
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Qurban Məmmədov.
Tovuz. Şəhər stadionu. Saat 14:00.
Qarabağ – AZAL
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14:00.
İnter – Bakı
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. “Şəfa” stadionu. Saat 16:00.
Xəzər Lənkəran – Neftçi
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 18:00.
Birinci altılıq
|
1
|
Neftçi
|
23
|
15
|
6
|
2
|
41-9
|
51
|
|
2
|
XL
|
23
|
14
|
5
|
4
|
28-13
|
47
|
|
3
|
Qarabağ
|
23
|
14
|
3
|
6
|
32-14
|
45
|
|
4
|
İnter
|
23
|
12
|
4
|
7
|
24-18
|
40
|
|
5
|
AZAL
|
23
|
10
|
9
|
4
|
28-16
|
39
|
|
6
|
Bakı
|
23
|
9
|
6
|
8
|
28-22
|
33
|
İkinci altılıq
|
1
|
Qəbələ
|
23
|
8
|
8
|
7
|
20-15
|
32
|
|
2
|
Muğan
|
23
|
8
|
6
|
9
|
17-24
|
30
|
|
3
|
Gəncə
|
23
|
5
|
9
|
9
|
23-28
|
24
|
|
4
|
Turan
|
23
|
4
|
6
|
13
|
18-35
|
18
|
|
5
|
Simurq
|
23
|
2
|
6
|
15
|
13-37
|
12
|
|
6
|
MOİK
|
23
|
1
|
4
|
18
|
7-48
|
7
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
11 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ)
9 - Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL).
